Muxtar respublikada əhalinin sayı artıb
Tarix: 14.08.2015 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında əhalinin həyat və məişət şəraitinin yaxşılaşması, cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması demoqrafik proseslərə müsbət təsir göstərir. Muxtar respublikada 2015-ci il iyulun 1-nə olan məlumata görə, əhalinin sayı bir il öncəyə nisbətdə 4 min 193 nəfər artaraq, 441 min 731 nəfər təşkil edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, hazırda muxtar respublika əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Əhalinin 29,1 faizi şəhər, 70,9 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 80 nəfər olub ki, bu da 1 yanvar 1996-cı illə müqayisədə 19 nəfər çoxdur.
Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm, o cümlədən 1 yaşa qədər ölən uşaqların say göstəricisini aşağı salıb. Əgər 1995-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfəri hesabı ilə 6 nəfər olubsa, hazırda bu göstərici 4,5 nəfər təşkil edir.
Doğumun dinamik artımı muxtar respublika əhalisinin sayında gənclərin ümumi sayının artmasına müsbət şərait yaradıb. Əgər 1995-ci ildə gənclərin sayı ümumi əhalinin 22 faizini təşkil edirdisə, 1 iyul 2015-ci il tarixə bu göstərici 30,8 faizə çatıb. 1995-ci illə müqayisədə gənclərin sayı 61,7 min nəfər artaraq 136 min nəfəri ötüb.
Reallaşdırılan səmərəli demoqrafik və sosial-iqtisadi siyasətin uğurlu nəticəsidir ki, 2014-cü ildə doğulan körpələrdə gözlənilən ömür uzunluğu 1995-ci ildəki müvafiq göstəricidən 7 yaş artaraq 76 yaşa çatıb.
Muxtar respublikada əhalinin, xüsusilə ana və uşaqların, əmək qabiliyyətli yaşda olanların ölüm səviyyəsinin ardıcıl surətdə azaldılması yolu ilə ömür müddətinin uzadılmasına, əhalinin bütün qrupları üçün sağlam həyat tərzinin təmin edilməsinə, ana və uşaqların sosial müdafiəsinin gücləndirilməsinə nail olunub.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ölkə ərazisində hava şəraiti dəyişəcək, yağış və qar yağacaq
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info