“Türkiyə və Azərbaycan jurnalistləri ortaq iş qrupları meydana gətirməlidir”
Tarix: 15.08.2015 | Saat: 01:34:00 | E-mail | Çapa göndər


Orçun Oğuz: “Qarabağ həqiqətləri Türkiyə mediasında kifayət qədər təbliğ edilmir”

Müsahibimiz Orçun Oğuz Türkiyə vətəndaşı olsa da Azərbaycan diasporunun bu ölkədə aktiv üzvüdür. O, özünü Azərbaycanın dostu və Türkiyədəki könüllü elçilərindən biri hesab edir. Orçun Oğuz fevral ayından Türkiyədə Azərbaycan ilə əlaqədar yaradılan ilk türkcə xəbər saytı “HaberAzerbaycan.com”un redaktorudur. Bu günlərdə isə Orçun Oğuz Türkiyə Böyük Millət Məclisində millət vəkili Tahsin Tarhanın məsləhətçisi vəzifəsinə təyin edilib.

-Sizi Azərbaycana bağlayan nədir?
-Məni Azərbaycana bağlayan milli və mədəni bağlarımızdır. Uşaq yaşlarımdan etibarən Azərbaycan mədəniyyətinə maraq duymuş bir insanam. Türkiyə Cümhuriyyətinin Qurtuluş savaşı illərində Azərbaycandan gələn köməkləri heç bir zaman unutmadıq. Bu gün bu bağlar internet sayəsində daha da güclənib.
Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" sözünü də, ulu öndər Heydər Əliyevin "biz bir millət, iki dövlətik" sözünü də unutmadıq. Bu gün liderlərimizin bu mənalı sözlərini iki ölkə gəncliyi olaraq özümüzə rəhbər seçərək qardaşlıq bağlarının daha çox inkişafı üçün əlimizdən gəldiyi qədər işlərimizi edirik.
-Azərbaycanın tanıtımı ilə əlaqədar hansı işlər görürsüz?
-Azərbaycanın tanıtımı ilə əlaqədar əvvəlcə öz ətrafımda işlər görürəm. Jurnalist olduğum üçün media sahəsində Azərbaycanla əlaqədar xəbərlər, köşə yazıları, reportajlar yazıram.
Xüsusilə harada Xocalı soyqırımı ilə bağlı tədbirlərə dərhal getməyə çalışır və mediada buna yer verirəm. Əlimdən gəldiyi qədər hər kəsə Ermənistanın Qarabağda apardığı işğalçılıq siyasətinə, azərbaycanlı qardaşlarımıza qarşı tətbiq etdikləri soyqırımları, ümumiyyətlə, o bölgədə yaşadığımız çətinlikləri izah edirəm. Çünki Bakının dərdi bizim dərdimizdir. Buna görə hamımız qardaşlıq bağlarımızın inkişafı üçün olduğumuz mövqedə bacardığımız qədər iştirak etməyimiz lazımdır.
-Azərbaycanda olubsuzmu?
-Bu ana qədər heç olmamışam. Amma ən böyük arzum bir gün Bakıda nəfəs almaqdır. Oradakı qardaşlarımla ortaq mədəniyyətimizi, milli dəyərlərimizi paylaşmaqdır. Jurnalist olaraq ən böyük arzularımdan biri isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə bir müsahibə reallaşdırmaqdır. Bunu həmişə xəyal edirəm və bir gün mənə də nəsib olacağı ümidi ilə yaşayıram.
-Qarabağ həqiqətləri, xüsusilə Xocalı soyqırımı Türkiyə mediasında kifayət qədər təbliğ edilirmi?
-Bu mövzu kifayət qədər təbliğ edilmir. Çünki Türkiyədəki jurnalistlər hadisənin ciddiliyinin fərqində deyil! Xocalı soyqırımının mediada daha çox yer almasının lazım olduğuna inanıram. Dünya ictimaiyyətinə də çox asan bir şəkildə çatdıra bilirik. Türkiyədə media çox əhəmiyyətli bir sahədir. Çünki Türkiyədə meydana gələcək bir tanıtım hücumu digər bütün ölkələrdə də bir tanıtıma səbəb olacaq.
-Türkiyə və Azərbaycan jurnalistlərinin türk düşmənçiliyinə qarşı birlikdə necə hərəkət etməsi lazımdır?
-Türkiyə və Azərbaycan jurnalistləri əvvəlcə ortaq iş qrupları meydana gətirməlidir. İnternet üzərindən ortaq işlər ilk etapda edilə bilər.
Çox təəssüf ki, bu gün davamlı türk düşmənçiliyi edilməkdədir: həm Türkiyənin, həm də Azərbaycanın eyni düşmənləri var. Biz jurnalistlər olaraq ortaq iş qrupları meydana gətirərək düşmənlərimizə qarşı da birlikdə hərəkət edə bilərik.
-“HaberAzerbaycan.com” bu işlərin hansı mərhələsindədir?
-“HaberAzerbaycan.com” iki ölkə arasında çox əhəmiyyətli bir körpü funksiyası yerinə yetirir. Bu an atılan addımlar, edilən xəbərlərlə bu körpünün daha da güclənəcəyinə inanıram. Media insanların iddialarına inanması üçün çox əhəmiyyətlidir.
Türkiyədə Azərbaycanla əlaqədar kifayət qədər xəbərlər verilmir. İki qardaş ölkə arasındakı xəbər axınını təmin etmək üçün Anar Əsədovun rəhbərliyi ilə “HaberAzerbaycan.com”un yayımına başladıq. Hədəfimiz Türkiyədə Azərbaycanı layiq olduğu kimi tanıtmaqdır.
-Yeni vəzifənizdəki planlarınız nədən ibarətdir?
-Kocaeli millət vəkilimiz Tahsin Tarhanı ən yaxşı şəkildə Azərbaycan ilə olan əlaqələr mövzusunda məlumatlandıracağıq. Əvvəlcə, Azərbaycan və Orta Asiya mövzusunda atılacaq addımlarla əlaqədar ilkin işləri hazırlayacağıq. Bundan başqa, ən əhəmiyyətlisi Qarabağ ilə əlaqədar konkret addımlar atmaq olacaq.
Xocalı soyqırımını Türkiyə Böyük Millət Məclisində və beynəlxalq platformalarda yaymaq üçün müxtəlif işlər görəcəyik. Bununla əlaqədar artıq işlərimizə yaxın zamanda başlayacağıq. Mümkün olarsa Azərbaycan oradakı millət vəkili məsləhətçiləri ilə ortaq dostluq işlərinə də imza ata bilərik.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info