Gənc qızlarımız 2 qızıl və 1 bürünc medal qazanıb
Tarix: 15.08.2015 | Saat: 01:46:00 | E-mail | Çapa göndər


Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya Çempionatı keçirilir. Çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edir.
Yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçiləri 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb və çempionatı komanda hesabında ikinci sırada başa vurub. Üçüncü yarış günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz günü 2 qızıl və 1 bürünc medalla başa vurub. 44 kq çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova ardıcıl olaraq Türkiyə, Belarus, Qazaxıstan və Yaponiyalı güləşçiləri məğlub edərək Dünya Çempionatının qızıl medalına sahib olub. 51 kq-da təmsilçimiz Leyla Qurbanova da Dünya Çempionatının qızıl medalına sahib olub. Bunun üçün o, Meksika, Yaponiya, Rusiya və Ukrayna güləşçilərinə qalib gəlib. 67 kq-da Elis Manolova yarımfinala kimi inamla irəliləsə də, yapon idmançıya məğlub olub. Bürünc medal uğrunda görüşdə Norveç idmançısına qalib gələn Manolova Dünya Çempionatının bürünc medalını qazanıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb
17.09.2018
Mina Abbasova növbəti qələbəsini də Azərbaycana həsr etdi
17.09.2018
“Fənərbağça” beşinci turda qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info