Türkdilli dövlətlərin mediaya məsul rəhbər şəxsləri Astanada
Tarix: 17.08.2015 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Avqustun 18-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclası keçiriləcək. Tədbirdə Azərbaycanı təmsil edəcək nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov rəhbərlik edəcək. İclas çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın milli televiziya kanalları arasında əməkdaşlıq protokolunun imzalanması, türkdilli dövlətlərin xəbər agentlikləri arasında əməkdaşlıq memorandumunun təsdiq olunması və quruma üzv dövlətlərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin beynəlxalq auditoriyaya düzgün çatdırılmasının təmin edilməsi məqsədi ilə Beynəlxalq Türk Xəbər Kanalının yaradılması, informasiya sahəsində müxtəlif aspektlər üzrə birgə fəaliyyətin daha da genişləndirilməsi kimi vacib məsələlər müzakirə ediləcək.
Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında imzalanması təklif olunan “İnformasiya və Media üzrə Birgə Əməkdaşlıq Protokolu” layihəsinin nəzərdən keçirilməsi və müvafiq qərarın verilməsi də iclasın gündəliyinə daxil edilən məsələlər arasındadır.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərarın ləğv edilməsi üçün apelyasiya şikayəti verilib
26.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib
25.05.2019
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25.05.2019
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25.05.2019
ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə növbəti bəyanat verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info