Ravvin Ron Li Paz: “Azərbaycan “qaranlıqlara işıq saçan nurdur”
Tarix: 17.08.2015 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Los Ancelesdə yaşayan yəhudi icmasının nüfuzlu dini mərkəzlərindən olan "Valley Outreach" sinaqoqunda Azərbaycana dair təqdimat keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildiriblər ki, təqdimatda sinaqoqun 500 nəfərə yaxın üzvü iştirak edib.
Sinaqoqun rəhbəri Ravvin Ron Li Paz tədbiri giriş nitqilə açaraq, Azərbaycan baş konsulunun dəvət olunmasının təsadüfi olmadığını vurğulayıb. O, bildirib ki, hazırda Yaxın Şərq regionu başda olmaqla, dünyanın bir çox bölgələrində dini dözümsüzlüyün və fərqli mədəniyyətlərə qarşı zorakılığın artdığı bir vaxtda, Azərbaycan öz qədim tolerantlıq ənənələri və dünyəvi dövlətçilik praktikası ilə dünya xalqlarına çox dəyərli mesajlar verir və bu səpkidə nümunəvi model təşkil edir. O, Azərbaycanı “qaranlıqlara işıq saçan nur” adlandırıb.
Baş konsul Nəsimi Ağayev Azərbaycanın yerləşdiyi siyasi-coğrafi məkan barədə məlumat verərək, Sovet İttifaqının süqutundan sonra ölkəmizin keçdiyi sürətli inkişaf və çağdaşlaşma yolundan bəhs edib. Diplomat qeyd edib ki, Azərbaycan xalqı 1918-ci ildə İslam dünyasında ilk demokratik respublikanı təsis edərək, dünya xalqlarının mütərəqqi tarixində öz layiqli yerini tutub. Azərbaycanda qədim dövrlərdən etibarən etnik və dini icmalar arasında, bu səpkidə ölkədəki müsəlmanlar, xristianlar və yəhudilərin qarşılıqlı münasibətlərində güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğununu bildirən N.Ağayev, bu ənənələrin bu gün Azərbaycan rəhbərliyinin xüsusi diqqəti və hərtərəfli dəstəyilə inkişaf edərək, yüksək səviyyəyə çatdığını vurğulayıb.
Diplomat, həmçinin, çıxışında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Azərbaycanın zəngin hidrokarbon resurslarına və bu çərçivədə neft-qaz yataqlarının istismarı sahəsində geniş təcrübəyə malik olduğunu bildirən N.Ağayev, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli roldan bəhs edib.
Tədbir daha sonra sual-cavab hissəsi ilə davam etdirilib. Baş konsul, tədbir iştirakçılarını maraqlandıran müxtəlif sualları cavablandırıb.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info