Regionlarda nəzəri və praktik təlim kursları keçiriləcək
Tarix: 17.08.2015 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) region gənclərinin maarifçilik, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, sosial inkişafı, nəzəri və praktik biliklərə yiyələnməsi istiqamətində müxtəlif layihə və proqramları yalnız hökumət strukturlarının, milli dövlət donor institutlarının və beynəlxalq təşkilatların dəstəyi ilə deyil, özəl, biznes qurumları ilə də əməkdaşlıq şəklində də həyata keçirir. Məhz belə bir QHT-biznes əməkdaşlığı nəticəsində 2015-ci ilin avqust-sentyabr aylarında regionlarımızda gənclərin maariflənməsi, ilkin peşə hazırlıqlarına, nəzəri və praktik biliklərə yiyələnmələrini özündə əks etdirən təlim kurslarına başlamağı qərara alınıb.
Təlim kursları dünyaca məhşur “Schneider Electric” Şirkətinın dəstəyi və sifarişi ilə pilot olaraq, Azərbaycanın 3 – Şəmkir, Bərdə və Masallı rayonlarında hər birində 3 gün olmaqla, hər rayonda 2 qrup üzrə, ümumilikdə 120 region gəncinin maariflənməsini, peşə hazırlıqlarına, nəzəri və praktik biliklərə yiyələnməsini nəzərdə tutur. Təlim kurslarında region gənclərinə elektrik enerjisi, sistemi, avadanlıqları, onlarla təhlükəsiz, etibarlı, səmərəli davranma, onların işlənmə, texniki xidmət göstərmə qayda və normalarını öyrətmək planlaşdırılır. Bu da öz növbəsində təlim almış gənclərin öz ailəsində, ətrafında və əhatə dairəsində əldə etdiyi bilik və təcrübi bacarıqlarını ilkin səviyyədə də olsa praktik tətbiq etməsinə imkan yaradacaqdır.
Təlimlər nəticəsində gənclərin ilkin peşə hazırlıqlarına yiyələnməsi, praktik təcrübədən bölgələrdə istifadə etmək imkanları onlara gələcəkdə öz professionallıqlarını artırmağa, mühəndis ixtisasları üzrə yüksək təhsil almalarına, ixtisaslaşmağına böyük maraq və stimul olacaqdır.
Layihə çərçivəsində təlimlərin bu ilin 27-29 avqust tarixlərində Şəmkir rayonunda, 31 avqust-02 sentyabr tarixlərində Bərdə rayonunda və 07-09 sentyabr tarixlərində isə Masallı rayonunda yerli gənclərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Təlim kurslarının yekununda iştirakçılara "Schneider Electric" tərəfindən sertifikatlar veriləcək və şirkət onları zəruri çap materialları və texniki vasitələrlə təmin edəcəkdir.


Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info