Azərbaycanda Həcc ziyarəti ilə bağlı ayrılan zəvvar kvotası dolmayıb
Tarix: 17.08.2015 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


Azərbaycanda ilk dəfə olaraq Həcc ziyarətinə ayrılan zəvvar yerləri üçün kvota dolmayıb.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Həcc ziyarəti üçün sənəd qəbulunun vaxtı bu ayın sonuna qədər bir daha uzadılıb. Buna səbəb ziyarət üçün Azərbaycandan ayrılmış 2400 nəfərlik kvota hələ də dolmamasıdır.
Ötən ilə qədər Azərbaycanda Həcc ziyarəti üçün fevralın sonunda elan olunan sənəd qəbulu mayın sonu yekunlaşıb. Ötən ilki kvota 4 minə yaxın olub, ziyarət xərcləri isə təklif olunan variantlar üzrə 3250 manat və 4150 manat olub.
Qeyd edək ki, bu il sənəd qəbulu martın 11-də başlayıb. Azərbaycandan Həcc ziyarətinə səfər sentyabrın 11-də başlayacaq. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə xərci 5750 dollar, nisbətən ucuz, 6 nəfərlik hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır.
Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Məhkəmə XİN-in sabiq idarə rəisi barəsində qərar verdi
22.09.2020
Yaxın zamanda zəfər sevinci duyacağımıza ümid edirik
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
17.09.2020
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info