Hər il 200-dən çox erməni intihar edir
Tarix: 17.08.2015 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Tamamilə iflasa uğrayan Ermənistanda sosial problemlər tükənmir. İşsizliyin və səfalətin gətirdiyi çətinliklər səbəbindən intihar edənlərin sayı da artıb. Hər il Ermənistanda 200-dən çox insan ağır həyat şəraiti səbəbindən intihar edir. Bu, ölkənin təxminən bir kəndinin əhalisi qədərdir. Erməni sosioloqlar kimi, Ədliyyə Nazirliyi də işğalçı ölkədəki kriminogen vəziyyət və intiharların artması ilə bağlı narahatlıq keçirir. Nazir Ovanes Makukyan deyib ki, 2015-ci ilin ilk rübündə onsuz da əhalisi az olan ölkədə 54 intihar hadisəsi baş verib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur. İntihara cəhdlərin sayı isə 143-ə çatıb. Ekspertlər bunu birbaşa insanların sosial vəziyyəti ilə əlaqələndirirlər. İşsizlik, yoxsulluq, işləyənlərin isə aylarla əməkhaqqı ala bilməməsi əsas səbəblərdəndir. Nazir deyib ki, intiharların belə artımı ölkə rəhbərliyini də narahat etməlidir. Siyasi və sosial problemlər Ermənistanı kriminal ölkəyə çevirib. İlin birinci rübündə ölkədə 5100 cinayət faktı qeydə alınıb. Ötən ilin müvafiq dövründə bu rəqəm 4631 olub. Orta ağır cinayətlərin sayı 11 faiz artıb. Ağır cinayətlərin sayı isə 875 təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici 623-ə bərabər olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info