DSX əməkdaşları üçün tikilmiş yaşayış şəhərciyinin açılışı olub
Tarix: 17.08.2015 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


Bu gün Bakı şəhəri Xətai rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları üçün inşa olunmuş yaşayış şəhərciyinin açılışı olub. Mənzillər hərbi qulluqçulara güzəştli ipoteka şərtləri ilə verilib. Yaşayış şəhərciyində 13 və 15 mərtəbəli binalarda bir, iki və üç otaqdan ibarət 612 mənzil inşa olunub. Mənzillər tam təmir edilib, elektrik enerjisi, su, qaz və fərdi istilik sistemi ilə təmin olunub. Yeni mənzil sahiblərini təbrik edən DSX rəisi, general-polkovnik Elçin Quliyev bildirib ki, ipoteka krediti ilə bağlı ölkə prezidentinin verdiyi fərmanlar hərbi qulluqçuların sosial-məişət problemlərinin, xüsusən də mənzil təminatı məsələlərinin həlli üçün müstəsna əhəmiyyət kəsb edib. E. Quliyev bildirib ki, ölkə başçısı İlham Əliyevin hərbi qulluqçuların mənzil şəraitlərinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqlar uğurla həyata keçirilir, bu yaşayış şəhərciyi də qısa müddət ərzində inşa olunub.
DSX rəisi deyib ki, son illər ərzində Azərbaycan sərhəd mühafizəsinin inkişafı, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni hərbi hissələrin yaradılması, ən müasir texnika və vasitələrin sərhəd xidmətində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində atılan ardıcıl və uğurlu addımlar atılır.
Daha sonra E. Quliyev hərbi qulluqçulara mənzillərin mülkiyyət sənədlərini və açarları təqdim edib. Bundan başqa hərbi qulluqçularla birgə yeni mənzillərə baxış keçirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info