“İŞİD”i Azərbaycana çağıran Əli Kərimlinin əmioğlusu...
Tarix: 17.08.2015 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Əli Orucov: “Terrorda insanlığa yer olmadığı kimi, onu təbliğ edənlər, iştirakçılar, dəstəkləyicilər də insanlığa yaddırlar”

Uzun illərdir ki, radikal müxalifət kimi tanınan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ənənəvi mövqeyindən bir addım da geri çəkilməyib. Belə ki, Fransada yaşayan AXCP funksioneri terrorçu şəbəkənin hərəkətlərinə haqq qazandıran bəyanat verib və tarixin ən qəddar qruplaşmalarından olan “İŞİD”i ölkəmizə dəvət edib. Bu da aktiv cəbhəçinin kriminal mahiyyətli, radikal olmasını bir daha göstərir. Nəzərə alsaq ki, İnqilab Kərimov AXCP sədri Əli Kərimlinin əmisi oğludur, burada maraqlı məqamların olmasının da şahidi olarıq. Sirr deyil ki, AXCP fəallarının sosial şəbəkələrdəki aktivliyinə Əli Kərimli özü nəzarət edir və bir çox hallarda tapşırıqlar verib, statuslara da müdaxilə edir. Bunu bir vaxtlar Əli Kərimlinin sağ əli olmuş Razi Nurullayev də açıqlamışdı. O zaman sual doğur, öz doğma əmisi oğlunun azərbaycanlıların da nifrət etdiyi “İŞİD”lə bağlı çağırış statusuna Kərimlinin müdaxiləsi niyə olmur? Qeyd edək ki, İnqilab Kərimov “Facebook” statusunda “İŞİD”ə açıq-aşkar dəstək verən və bu qaniçən terrorçu qruplaşmanı Azərbaycana gəlməyə səsləyən status yazaraq deyib ki, “İŞİD” heç də hər adamın başını kəsmir və adını dindar qoyub cindarlıqla məşğul olanların başını kəsir: “Düşünürəm ki, düz də edir. Azərbaycana xoş gəlirsən “İŞİD”.

Dünyanı qorxuda saxlayan bu terror təşkilatının əməllərinə haqq qazandıran, təqdir edən İnqilab Kərimovun “İŞİD”i Azərbaycanda da vəhşiliklər törətməyə dəvət etməsi artıq radikalizmin ən pik nöqtəsidir. Artıq Əli Kərimlinin əmisi oğlu və əsas silahdaşı olan, hazırda Fransada yaşayan İ.Kərimovun bu statusu sosial şəbəkədə də ciddi etirazla qarşılanıb və Azərbaycan dövlətinə qarşı təxribat, cinayətkar şəbəkəyə dəstək kimi qiymətləndirilir, lənətlənir. Onu da deyək ki, Fransadan siyasi sığınacaq alsa da, İnqilab Kərimov hazırda da AXCP-nin rəhbər strukturlarında təmsil olunur.
Digər təəssüf doğuran və təhlükəli məqam odur ki, onun bu çağırış və fikirlərinə dəstək olan xeyli cəbhəçi də var. Statusu bəyənib dəstək verən şərhlərə baxdıqda AXCP-də hələ çox İnqilab Kərimovların olduğunu görə bilərik. AXCP-nin gerçək mahiyyətini ortaya qoyan Əli Kərimlinin əmioğlusunun bu hərəkətindən sonra AXCP sədrinin demokratiyadan dəm vuracağı gülünc doğuracaq.
Təsəvvür edin ki, hakimiyyətə gəlmək istəyən bir partiya sədrinin yaxın qohumu və sağ əli terroru dəstəkləyir və hətta “İŞİD”i Azərbaycana çağırır. Baş kəsməyi təqdir edən bir adamın hakimiyyətdə təmsil olunmaq istəyinin isə hansı faciələrə yol açacağını təsəvvür etmək çətin deyil! Belə adamlar və onların liderləri ölkəni, xalqı istənilən qara qəpiyə satarlar.
Bu qalmaqalın üstündən bir neçə gün keçməsinə baxmayaraq, AXCP rəhbərliyi bəyanat verərək, bu biabırçı bəyanatı pislədiyini, ona rəsmən qoşulmadığını bəyan etməyib. Bu da o deməkdir ki, başda Əli Kərimli olmaqla, təşkilat bu bəyanı qəbullanır.
Artıq bəzi siyasətçilər də buna etirazını bildirirlər və deyirlər ki, bu iyrənc çağırışın hələ də sosial şəbəkədə qalması, anormallıqdır. Onlar deyirlər ki, Əli Kərimlinin də mövqeyi belə olmasaydı çoxdan öz əmioğlusuna bu statusu sildirtmişdi. Axı, Əli Kərimli ona sərf etməyən təbliğatları, statusları tez sildirir. Bunu yuxarıda da qeyd etdiyimiz kimi, Razi Nurullayev də dəfələrlə qeyd edib və hətta saxta profillərlə cəbhəçilərin “silahlandığını” da deyib.
Məsələnin hüquqi tərəfinə gəlincə, ekspertlər bildirir ki, İnqilab Kərimovun statusu terrora çağırışdır. Bu, birmənalı şəkildə ağır cinayət tərkibi yaradan əməldir.
Siyasi baxımdan isə Azərbaycana qarşı bəzi Qərb ölkələrindən haqsız təzyiqlərin yarandığı bir vaxtda belə bir təxribatı törətmək ölkəmizə sırf düşmən münasibətdir. Beləliklə, AXCP rəhbərliyinin xalqımıza, dövlətimizə münasibəti ortadadır. Bu düşüncəli insanların hakimiyyət iddiasının özü belə, son dərəcə təhlükəlidir, nəinki iqtidar olmaları.
İnqilab Kərimovun “Facebook” statusuna diqqət edərkən onun kriminal mahiyyətli olmasını sübut edən daha bir fakt ortaya çıxdı. Belə ki, İ.Kərimov qarşısında tapança şəkli çəkdirərək onu paylaşıb. Belə aydın olur ki, əgər Əli Kərimlinin əlində bir balaca səlahiyyət olsa, onun adamları, özləri dedikləri kimi, insanların başını kəsər, güllələyib öldürərlər.
Qısası, radikalların başında duran Əli Kərimlinin bu olaya hələ də susması artıq təəccüb doğurmamalıdır.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov bu olaya münasibət bildirərək dedi ki, istənilən halda terrora çağırış, terrorçuluğun dəstəklənməsi anormallıqdır: “İstənilən halda terroru və terror qruplaşmasının təbliğinə yozula biləcək ifadələrin işlədilməsi yolverilməzdir. Ölkədəki problemlərdən danışmaq əvəzinə, zorakılığa, terrora isti münasibət göstərmək, hətta haqq qazandırmaq cəhdi düzgün deyil. Hətta belə hal hüquqi məsuliyyət yaradır. İstər ciddi, istərsə də qeyri-ciddi çağırış varsa bu, qanunla qadağan edilir”.
Əli Orucov deyir ki, nəinki siyasətçinin və ya siyasi liderə yaxın bir şəxsin belə çağırış etməsi, onun məsuliyyətsiz olması yolverilməzdir, hətta bununla bağlı hüquqi addımlar da atılmalıdır: “Terrorizm yaxşı-pisə, baxmır, terrorun məqsədi cəmiyyətdə qorxu yaratmaq qətllərlə, qeyri-insani əməllərlə istəyinə çatmaqdır. Mən düşünmürəm ki, terrorçuların hansısa addımlarında ədalət, humanistlik niyyətləri dayansın. Terrorda insanlığa yer olmadığı kimi, onu təbliğ edənlər, iştirakçılar, dəstəkləyicilər insanlığa yaddırlar”.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info