Azərbaycan cəmiyyəti Yunusların antiazərbaycan əməllərinə qarşı barışmazdır
Tarix: 17.08.2015 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Yunusların əməllərindən hali olan sosial şəbəkə istifadəçiləri “Facebook”da, “Twitter”də öz hiddətli status, komment və “twitt”lərini onların əleyhinə yağdırmaqdadırlar

Bu gün Azərbaycana qarşı tənqidi mövqedə dayanmağa çalışan bəzi Qərb media qurumlarının antiazərbaycan yazılarında, süjetlərində ifrat təhrif və yalanlar olduğu dəfələrlə faş olunub. Bu məsələdə əsas məqamlardan biri odur ki, bu cür Qərb media qurumları ölkəmiz barəsində həqiqətləri ya bilmirlər, ya bizimlə bağlı dezinformasiyaları qeyri-ciddi və qərəzli mənbələrdən əldə edirlər, ya da məqsədli şəkildə özləri təhrif və qərəzə yer verirlər. Bu sıradan ABŞ-ın “The Washington Post” media qurumunun antiazərbaycan əməllərinə görə məsuliyyətə cəlb edilmiş Leyla və Arif Yunuslarla bağlı qərəzli yazısı barədə qeyd etmək istərdik.

Bəzi Qərb media qurumları Azərbaycanda Dağlıq Qarabağla bağlı həqiqətlərdən və ictimai rəydən xəbərsizdir

Beləliklə, sözügedən yazıda bir sıra qərəz və təhrifə yol verən qəzet qeyd edir ki, Yunuslar “cəsur alim” olublar: “Həbs olunanadək Yunuslar cəsur alim və fəallar qrupunun üzvləri idi. Onlar şəxsi nümunələrində sovet erasının qəddarlığının, qapalı sisteminin bitdiyini göstərməyə çalışırdılar. Leyla Yunus Azərbaycanla Ermənistan arasında boşluğu doldurmağa çalışırdı. Arif Yunus Dağlıq Qarabağ münaqişəsinin ardıcıl və diqqətli salnaməçilərinin birinə çevrilib”.
Bu fikirlərdən bir daha açıq-aydın görünür ki, qəzet Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ictimai rəyi, ovqatı bilmir. Bunlar hələ də anlamırlar və ya başa düşmək istəmirlər ki, Azərbaycanın torpaqları işğal olunub, ölkənin bir milyondan çox qaçqın və məcburi köçkünü var, xalqımıza qarşı dəhşətli soyqırımı və başqa cinayətlər törədilib. Bütün bunlara görə isə Azərbaycan xalqı işğalçı Ermənistanla hər hansı bu cür Yunussayağı “təmaslara”, antiazərbaycan xarakterli “boşluğun doldurulması” kimi məsələlərə qatı barışmaz münasibət sərgiləyir. Çünki gün kimi aydındır ki, bu cür erməni təhriki və maliyyəsi ilə baş tutan birtərəfli və Azərbaycan cəmiyyəti üçün təslimçilik, antimillilik aşılayan “boşluğun doldurulması” kimə sərf edir. Hər gün Ermənistan tərəfdən atəşgah pozulması, atəşkəs rejimində dinc əhalinin, uşaqların güllə-barana məruz qalması, öldürülməsi, şəhidlər verməyimiz şəraitində Ermənistanla Yunussayağı mübhəm münasibətlər qurulmasının milli maraqlara zərbə olmasını bütün Azərbaycan cəmiyyəti yaxşı anlayır. Odur ki, Yunusların cinayətkar və antimilli əməlləri ilə hər hansı “boşluğun doldurulmasından” söhbət belə, gedə bilməz. Ona görə də burada adıçəkilən xarici media qurumunun məsələnin mahiyyətini ifrat təhrif etdiyi aydın görünür.

Leyla Yunusun antiazərbaycan kampaniyası “konstruktiv proqram” kimi qələmə verilir

Bundan başqa, qəzet belə yazır: “Bu şəxslər artıq bir ildən çoxdur vaxtlarını həbsxanada keçiriblər. Belə görünür ki, onlara qarşı irəli sürülən ittihamlar onların insan haqları sahəsində gördükləri iş və bölgədə gərginliyin azalması üçün xalqlar arası konstruktiv proqramlarda iştirakları ilə bağlıdır”. Qeyd edək ki, bu barədə Dövlət Departamentin mətbuat nümayəndəsi Con Kirbi bildirib.
Göründüyü kimi, burada yenə də “konstruktiv proqram” barədə söhbət açılır. Hansı konstruktiv proqram? Kim bu proqramı tərtib edib? Əgər bu cür “proqramlar” konstruktivdirsə, Azərbaycan dövləti və cəmiyyətinin, vətəndaş cəmiyyəti institutlarının, mediasının niyə onlardan xəbəri yoxdur? Niyə Azərbaycan dövləti, cəmiyyəti və mediası bu cür proqramların “altından qol çəkməyiblər”? Niyə onların mənbəyi, kim tərəfindən reallaşdırıldığı, məramı, məqsədi və iş planı barəsində Azərbaycan cəmiyyətinin heç bir xəbəri yoxdur? Çünki əslində heç bir konstruktiv proqramdan və eləcə də onların şəffaflığından, mənbəyinin və təşəbbüsçüsünün kim olduğundan söhbət gedə bilməz. Əgər bu cür mübhəm “proqramlar” Azərbaycan cəmiyyətinə açılqlansa, dərhal bırmənalı olaraq sərt reaksiya ilə üzləşər və ictimai qınaq obyektinə çevrilmiş olar. Necə ki, Yunusların əməllərindən hali olan sosial şəbəkə istifadəçiləri “Facebook”da, “Twitter”də öz hiddətli status, komment və “twitt”lərini onların əleyhinə yağdırmaqdadırlar! Çünki Azərbaycanda ermənilərlə bu cür təslimçi ünsiyyət qurmağa çalışan, onların havasına oynayan, ölkəmizlə bağlı ermənilərə informasiyalar ötürən şəxslərə qarşı elə cəmiyyətin özü həmişə barışmaz olub. Üstəgəl, Leyla və Arif Yunusların antiazərbaycvan fəaliyyəti və mövqeyi, onların Azərbaycanla bağlı hər hansı “konstruktiv proqram”da iştirak etmə ehtimalının üstündən qalın bir xətt çəkir. Məsələn, Leyla Yunusun erməni xüsusi kəşfiyyat orqanları, xüsusilə də1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə xüsusi münasibətləri olub. L.Yunus erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 avro məbləğində iki dəfə qrant alıb. Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən Leyla Yunus Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. “Hüquq müdafiəçisi” adı ilə maskalanmış L.Yunus Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib.

Azərbaycan dilini ancaq söyüş söyməyə yararlı sayan Leyla Yunusun ölkəmizlə bağlı hər hansı “konstruktiv” planı ola bilərmi?

O da məlumdur ki, Arif Yunusun anası erməni, atası isə qarışıq dağıstanlıdır. L.Yunusun isə anası alman, atası isə erməni qarışığı olan şəxsdir. Buradan isə onların milli zəmində də Azərbaycanla bağlılığının olmadığı görünür. Xatırladaq ki, bir neçə il öncə müxalifəti bir araya gətirən Milli Şuranın tədbirində Leyla Yunus rusca danışırdı. Müsavat başqanı olmuş İsa Qəmbər ondan azərbaycanca danışmasını istəyəndə Leyla Yunus ikrahla və sərt şəkildə belə cavab vermişdi: “Mən azərbaycanca ancaq söyüş söyəndə danışıram!” İndi özünüz deyin, belə bir şəxsin Azərbaycanla bağlı hər hansı “konsttruktiv” planları ola bilərmi?... O da faktdır ki, Yunusların Ermənistanda, Rusiyanın Krasnodar vilayətində çoxlu erməni qohumları var. Leyla Yunusun erməni qayını Ramiz Yunus hazırda ABŞ-da yaşayır və erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətində aktiv iştirak edir. Həmçinin Leyla Yunus vaxtilə ölkənin müdafiə naziri olmuş Rəhim Qazıyevin məşuqəsi qiyafəsində ermənilərin xeyrinə casusluq fəaliyyəti ilə məşğul olub. O, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video materialları erməni tərəfinə ötürüb. Bundan başqa, o, ayrı-ayrı vaxtlarda Ermənistan, Rusiya və Qərbin xüsusi xidmət orqanları tərəfindən verbovka olunub və onun xidmətlərindən Azərbaycana qarşı istifadə edilib. Yaxud L.Yunus 2004-cü ildə Ermənistanın tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 avro məbləğində iki dəfə qrant alıb. Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən Leyla Yunus Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. O, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyaraq, qondarma “DQR”-i “müstəqil dövlət” kimi qələmə verib. L.Yunus Fransanın erməni lobbisi tərəfindən idarə olunan “Artelis Servis” və “Hayqrov Konstaltinq Servis” kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb. "Eurovision” mahnı müsabiqəsi ərəfəsində Almaniyaya səfər edən L.Yunus Azərbaycana qarşı kampaniya aparacaq KİV-lərdən və QHT-lərdən ibarət qrupun formalaşdırılmasında fəal iştirak edib. Bütün bu cür faktlardan açıq-aşkar görünür ki, Leyla Yunusun karyerası antiazərbaycan kampaniyası aparmaq və dövlətçiliyimiz, millətimiz, həqiqətlərimiz əleyhinə dünyada mənfi rəy formalaşdırmaq üzərində qurulub.
Belə olduğu halda, ölkəmiz və cəmiyyətimiz üçün başdan-ayağa destruktiv və zərərli olan Yunus kimiləri, yalnız Azərbaycanın büdrəməsini istəyən qüvvələrlə
əlbir ola və ölkəmizə qarşı çirkin planlarını həyata keçkirə bilərlər. Bu cür faktları isə yəqin ki bəzi Qərb media qurumları yazmağa cürət etməzlər...

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Tural Gəncəliyev: “Paris görüşü irəliləyişin əldə olunmasına ümidlərimizi artırır”
15.01.2019
Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir
15.01.2019
Gürsel İsmayılzadə Yaponiyada səfir vəzifəsindən geri çağırılıb
15.01.2019
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
15.01.2019
Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info