Səbailli yeniyetmələr Qusara istirahətə göndərilib
Tarix: 17.08.2015 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


Yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər çərçivəsində bu il növbəti layihə həyata keçirilib.
«Sahil bağı»nda start verilən və 2-ci dəfə keçirilən növbəti tədbir Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birgə layihədir. Gənclərin sağlam böyüməsi, idmana olan marağının artırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədi ilə Səbail rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri – ümumilikdə 150 nəfər uşaq üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı «N» saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü «Gənc Heydərçilər» istirahət düşərgəsi yaradılıb.
Səbail rayon rəhbərliyi, Müdafiə Nazirliyinin məsul nümayəndələri, düşərgəyə yollanan yeniyetmələr, onların valideynləri, rayondakı orta məktəblərin direktorları, hərbçilər, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə «Sahil bağı»nda yolasalma mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi orkestri tərəfindən Azərbaycan Respublikası Dövlət himninin ifası ilə başlanıb.
Yolasalma mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışaraq qeyd edib ki, bu ayın əvvəlində RİH və Daxili Qoşunların birgə layihəsi çərçivəsində artıq 10-cu dəfə 200 yeniyetmə Qubada təşkil olunmuş «Şahinlər» yay istirahət düşərgəsində istirahət edib. Qusar rayonunda isə 2-ci dəfədir ki, belə düşərgə yaradılır. Hərbi hissədə xüsusi olaraq ayrılmış kazarmada təşkilatçılar tərəfindən yeniyetmələrin istrahəti üçün hər cür şərait yaradılıb. Hərbçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbçi peşəsinə olan marağın artırılmasına şərait yaradacaq.
Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınıb, Müdafiə Nazirliyinin Qusar şəhərindəki «N» saylı hərbi hissəsi tərəfindən bütün hazırlıq işləri görülüb.
Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar hərbi hissənin döyüş texnikası və silahları ilə tanış olacaq, hərbi təlimlərdə və idman yarışlarında iştirak edəcəklər.
Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai hərbi hazırlıq müəllimləri və həmçinin hərbi hissənin zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olacaqlar.
Düşərgədə istirahət edən yeniyetmələrin, həmçinin Qusar rayonunun görməli yerlərinə, mədəniyyət abidələrinə ekskursiyaları təşkil olunacaqdır ki, bu da məktəblilərin respublikamızın regionları ilə yaxından tanış olmalarına böyük kömək olacaq.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İdarə rəisi, general-mayor Rasim Əliyev çıxış edərək uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışıb və uşaqlara xoş istirahət arzulayıb.
Müdafiə Nazirliynin orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşərək Qusar rayonuna yola düşüblər.
Yola düşməzdən əvvəl «Gənc Heydərçilər» Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək abidə önünə çiçək dəstələri düzüblər.

İsrafil Kərimov

















 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info