TUMİB Əhməd Ağaoğluya həsr olunmuş növbəti seminar keçirib
Tarix: 17.08.2015 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


TUMİB milli ideologiyamızın formalaşmasında və Azərbaycan xalqının tarixində iz qoymuş şəxsiyyətlərin həyat və yaradıcılıqları haqqında silsilə seminarlarını davam etdirir. Əli bəy Hüseynzadə haqqında keçirilmiş seminardan sonra, 15.08.2015-ci il tarixində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) ofisində TUMİB Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzi və TUMİB Gənclər Mərkəzinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Əhməd Ağaoğluya həsr olunmuş növbəti seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan TUMİB Gənclər Mərkəzinin rəhbəri Gülər Qasımlı iştirakçıları salamlayaraq tədbirin mahiyyəti haqqında qısa bilgi verdikdən sonra sözü TUMİB Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadova verib.
Əli Fərhadov iştirakçıları salamladıqdan sonra Əhməd Ağaoğlunun Parisdə keçən təhsil həyatı haqqında, Bakıda “Kaspi”, “Həyat”, “İrşad” və s. mətbu orqanlarda keçən publisitik fəaliyyəti haqqında, erməni və rus şovinizminə qarşı yaratdığı “Difai” təşkilatı haqqında məlumat verdi. Natiq Ə.Ağaoğlunun milli-mənəvi düşüncə həyatımızda oynadığı rolu, dini reformçu düşüncələrini, Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsində iştirakını da qeyd etdi. Daha sonra natiq AXC-nin süqutundan sonra Ə.Ağaoğlunun Türkiyədə keçən ictimai-siyasi deputatlq fəaliyyətindən, İstanbul və Ankaranın ali məktəblərindəki pedaqojik çalışmalarından da bəhs etdi. Natiq məruzəsinin sonunda Ə.Ağaoğlunun müasir Azərbaycan gəncliyi üçün ideoloji bir nümunə olduğunu ortaya qoyub.
Ə.Fərhadovdan sonra “Müvəkkil” Hüquq Mərkəzinin sədri Səməd Vəkilov çıxış edərək Ə.Ağaoğlunun Atatürklə əlaqələri, Ə.Ağaoğlunun qızı Sürəyya Ağaoğlunun ilk qadın vəkil kimi fəaliyyətindən bəhs edib.
Seminarda TUMİB-in sədri Çingiz Bayramov və Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova, “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyinin nümayəndəsi Cəsarət Hüseynzadə də çıxış edərək bu kimi tədbirlərin gələcəkdə də keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Seminarda TUMİB Gənclər Mərkəzinin sədr müavini Samir Penaliyev, TUMİB Gənclər Mərkəzinin fəal üzvləri Nigar Məmmədova, Səbinə Novruzzadə və digər gənclər, tələbələr də iştirak ediblər.
Tədbirin sonunda mövzu ilə əlaqədar verilən suallara cavablar verildi və bu kimi seminarların gələcəkdə də davam etdiriləcəyi vurgulandı. Daha sonra aşıq İlham Əsgəroğlunun ifasında “Çırpınırdı Qara dəniz” mahnısını ilə tədbir yekunlaşıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info