Boksçumuz Avropa Çempionatında bürünc medal qazanıb
Tarix: 17.08.2015 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Bolqarıstanın Samokov şəhərində boks üzrə Avropa Çempionatı keçirilib. Yarışda 41 ölkədən 241 boksçu mübarizə aparıb.
Çempionatda hər çəkidə ilk altı yeri tutan dəri əlcək ustaları oktyabrda Qətərdə keçiriləcək dünya birinciliyinə vəsiqə qazanmaq imkanı əldə ediblər. Azərbaycanın səkkiz boksçusu birinci Avropa Oyunlarında Dünya Çempionatına lisenziya əldə etdiklərindən Bolqarıstanda yalnız bir idmançımız rinqə çıxıb. Məşqçilər korpusu 49 kiloqram çəki dərəcəsində yeniyetmələrin Olimpiya Oyunlarının qalibi Rüfət Hüseynovu sınamağı qərara alıb. Avropa Çempionatında 49 kiloqram çəki dərəcəsində 14 boksçu gücünü sınayıb. Həmyerlimiz ilk görüşünü Gürcüstan idmançısı Mixail Kazanjianiyə qarşı keçirib. Boksçumuz bu qarşılaşmadan qalib ayrılaraq dörddəbir finalda Yulian İvanov (Moldova) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən R.Hüseynov yarımfinaladək inamla irəliləyib və mükafatçılar sırasına düşməyi bacarıb. Bu mərhələdə həmyerlimiz britaniyalı Horn Harveyə məğlub olaraq bürünc medalla kifayətlənib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info