Karateçilərimiz beynəlxalq turnirdə iştirak edəcək
Tarix: 17.08.2015 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Azərbaycan karateçiləri İranda 11-ci beynəlxalq yoldaşlıq və həmrəylik turnirində iştirak edəcəklər. Urmiyə şəhərində təşkil edilən yarışda müxtəlif yaş qrupları üzrə seçmə komandalarımızın üzvləri
mübarizə aparacaqlar.

Yeniyetmə və gənclərdən ibarət seçmə komandaların böyük məşqçiləri, əməkdar məşqçilər Anar Allahverdiyev və Şahin Xudaverdiyev noyabrın əvvəlində İndoneziyada Dünya Çempionatına hazırlaşan perspektivli idmançılarımızı qarşıdakı yarışda ilkin sınaqdan çıxarmaq qərarına gəliblər. Yarışda kata üzrə böyük məşqçi Vahid Ayvazov və köməkçisi Anar Əhmədov 14-15 yaşlılar arasında Avropa üçüncüsü Hümmət Baxşəliyev (-52 kq), Eldar Qədirov (-57 kq), Bəxtiyar Rzayev (-63 kq), Əli Quliyev (-70 kq) və Niyazi Məmmədovdan (+70 kq) başqa, bu yaş qrupunda Ceyhun İsmayılovla Anar Mir Pənaha şans verəcəklər. Komandamızın 16-17 yaşlı gəncləri hər çəkidə bir neçə idmançı ilə təmsil olunacaqlar. Həsən Əliyev, Cumart Sarıxanov, Qasım İsgəndərov və Mircəlal Ələsgərov 55, Elcan Məmmədrzayev ilə Riyad Feyzizadə 61, İsa Məmmədov və Murad Balakişiyev 68, Elman Babayev 78 kiloqramdan aşağı çəki dərəcələrində, Murad Hacızadə və Emil Güləhmədov 76 kiloqramdan yuxarı çəki dərəcəsində, Roman Heydərov və Həsən Rüstəmov isə kata yarışlarına qatılacaqlar. Böyüklərdən ibarət milli komandanın əsas üzvlərindən bir neçəsi Avropa Oyunlarından sonrakı istirahətdən yeni qayıtdıqları üçün İrandakı beynəlxalq turniri buraxmalı olublar. Onlardan Avropa Oyunlarının qalibi Firdovsi Fərzəliyev, (-60 kq) bürünc mükafatçı Niyazi Əliyev (-67 kq), həmçinin komanda yarışlarında iştirak edən və milli komandanın əvəzedici heyətindən Ceyhun Mustafayev və Musa Musayev (-60 kq), Rafiz Həsənov (-67 kq), Pənah Abdullayev (-84 kq), Orxan Heydərli, Asiman Qurbanlı və Əli Cəfərov (84 kq-dan yuxarı) kişilərin turnirində tatamiyə çıxacaqlar. 18-21 yaşlı gənclərdən Şahin Quluzadə (-67 kq), Üzeyir Alışanov (-67 kq), Hüseyn Əliyev (-67 kq), Vüsal Kamallı və Samir Məmmədov (-75 kq), Nəcməddin Bünyadov və Tural Kamallı (-84 kq), Sərxan Quluzadə (84 kq-dan yuxarı) kumitedə, Rafiq Əmirov isə kata yarışlarında güclərini sınayacaqlar. Beynəlxalq turnirdə ölkəmizi milli dərəcəli hakimlərimizdən Mehman Mədətov, Akif Kərimov və Cavid Rəfiyev təmsil edəcəklər. İdmançılarımız ümumi mükafat fondu 30 min dollar olan turnirin komanda yarışlarına da qatılacaqlar. Urmiyadan operativ informasiyalar çatdırmaq üçün federasiyanın media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov beynəlxalq turnirə ezam olunub.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info