“Qəbələ və Qyonqcu şəhərləri arasında sənəd imzalanacaq”
Tarix: 17.08.2015 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


“Son illər Azərbaycan və Koreya münasibətləri yüksələn xətlə inkişaf edir. Hazırda iki ölkə arasında bir çox sahələrdə yeni əlaqələr qurulur. İki ölkənin kino sahəsində birgə həyata keçirdiyi möhtəşəm layihə uğurla başa çatıb”.
Bu barədə Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn Qəbələdə jurnalistlərə müsahibəsində məlumat verib. Azərbaycan Mədəniyyət Fondunun, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA), Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə iyulun 6-dan avqustun 15-dək ölkəmizdə keçirilən Koreya kinosu festivalı çərçivəsində nümayiş olunan filmlərin Azərbaycan tamaşaçısında Koreya barədə daha dolğun təsəvvür yaratdığına inandığını bildirən səfir kino mədəniyyətinin inkişafı və təbliği üçün bu cür festivalların keçirilməsinin vacibliyini qeyd edib. Hər iki ölkənin milli- mənəvi dəyərlərindən danışan Çoi Suk-İn festivalda nümayiş etdirilən bir-birindən maraqlı filmlərin Azərbaycan tamaşaçılarına Koreya xalqının tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanışlıq imkanı qazandırdığını vurğulayıb. Səfir Koreya ilə Qəbələnin çox sıx əlaqələrinin olduğunu bildirərək deyib: “Mən bir neçə dəfə Qəbələdə olmuşam və burada özümü evimdəki kimi rahat hiss edirəm. Qəbələnin koreyalılar üçün xüsusi əhəmiyyəti var. Burada keçirilən beynəlxalq rəsm sərgilərində və musiqi festivallarında koreyalı rəssam və musiqiçilər də iştirak ediblər. Hazırda isə SEBA-nın dəstəyi ilə koreyalı arxeoloqlar 900 il Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərinin ərazisində qazıntı və tədqiqat işləri aparırlar”. Səfir Çoi Suk-İn yaxın vaxtlarda Qəbələ Rayon İcra Hakimiyyəti rəhbərliyinin Koreya Respublikasına səfər edəcəyini, Qəbələ və Qyonqcu şəhərləri arasında qardaşlaşma haqqında sənəd imzalanacağını bildirib. Səfir deyib: “Bu il avqustun 21-dən oktyabrın 18-dək Koreya Respublikasının Qyonqcu şəhərində "Qyonqcu İpək Yolu" adlı festival təşkil olunacaq. Festival zamanı avqustun 25-dən 30-dək həmin şəhərdə "Azərbaycan günləri” keçiriləcək. Bununla bağlı Koreyaya Azərbaycan Dövlət Rəqs Ansamblının, Qədim Musiqi Alətləri Ansamblının, bir pianoçu və iki opera müğənnisinin, Qəbələ şəhərindən incəsənət işçilərinin gedəcəyi gözlənilir”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info