Sərhədçilər üçün inşa edilən şəhərciyin açılışı olub
Tarix: 18.08.2015 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin milli inkişaf siyasətini uğurla davam etdirən Prezidentin diqqət və qayğısı sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni hərbi hissələrin yaradılması, ən müasir texnika və vasitələrin sərhəd xidmətində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər uğurla davam etdirilir.
Dünən Xətai rayonunun ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları üçün inşa olunan yaşayış şəhərciyinin açılış mərasimi keçirilib. Yeni mənzillərin sahiblərini təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev hərbi qulluqçuların sosial-məişət problemlərinin, xüsusən də mənzil təminatı məsələlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu, 2005-ci ildə “Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında”, 2007-ci ildə isə müəyyən əhali kateqoriyalarına, o cümlədən də hərbi qulluqçulara ipoteka kreditlərinin güzəştli şərtlərlə verilməsini nəzərdə tutan “Azərbaycan Respublikasında ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsi haqqında” fərmanların uğurla icrasının bütün vətəndaşlarımız kimi, hərbi qulluqçular üçün də real imkanlar yaratdığını qeyd edib. Bu şəhərciyin Prezident İlham Əliyevin hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar verdiyi tapşırıqların icrası üzrə qısa müddət ərzində inşa olunması xüsusi vurğulanıb. Şəhərcikdə 13 və 15 mərtəbəli binalarda bir, iki və üç otaqdan ibarət 612 mənzil var. Hərbi qulluqçulara güzəştli ipoteka şərtləri ilə verilən mənzillər tam təmir olunub, elektrik enerjisi, su, qaz və fərdi istilik sistemləri ilə təmin edilib. Dörd binanın hər birinin zirzəmisində avtomobil dayanacaqları yaradılıb. Birinci mərtəbələr iaşə, ticarət, məişət obyektləri üçün nəzərdə tutulub. Yaşayış kompleksi yanğınsöndürmə, işıqlandırma, suvarma sistemləri ilə təchiz olunub. Ərazidə abadlıq və yaşıllıq işləri görülüb, çəmənliklər salınıb, dekorativ ağac və kollar əkilib, istirahət guşələri yaradılıb. General-polkovnik Elçin Quliyev hərbi qulluqçulara mənzillərin mülkiyyət sənədlərini və açarları təqdim edib. DSX rəisi hərbi qulluqçularla birlikdə yeni mənzillərə baxış keçirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info