“Suriya ilə bağlı mövqeyimiz dəyişməyib”
Tarix: 18.08.2015 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


“Hesab edirik ki, yaxın həftələrdə İranın nüvə proqramı üzrə hərtərəfli fəaliyyət planının icrasına başlanacaq”. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Cavad Zəriflə keçirdiyi görüşün yekunları ilə bağlı danışarkən bildirib.
“Bu plan İranın sülhyönümlü nüvə fəaliyyətlərini həyata keçirməsinə imkan verməklə yanaşı, həm də regionda etibarını gücləndirəcək, regional səviyyədə iqtisadi, siyasi münasibətlər yolundakı maneələrin aradan qaldırılmasını təmin edəcək” - deyə rusiyalı nazir əlavə edib. Sergey Lavrovun sözlərinə görə, Moskva və Tehran arasında 8 atom blokunun tikintisi ilə bağlı əldə olunan razılaşma İranın energetikasını gücləndirəcək. Suriyadakı vəziyyətdən danışan S. Lavrov Rusiyanın Suriya ilə bağlı mövqeyinin dəyişmədiyini və suriyalıların öz taleyini xarici müdaxilə olmadan həll etməli olduqlarını bildirib: “Bizim İraq və Yəmənlə bağlı mövqeyimiz də eynidir. Biz məsələnin dialoq çərçivəsində həll edilməsinin tərəfdarıyıq”. Nazirin sözlərinə görə, görüşdə iki ölkə arasında istisadi-ticari əməkdaşlığa dair komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı razılıq əldə edilib. Həmçinin viza rejiminin sadələşdirilməsi və hərbi əməkdaşlıq məsələləri də müzakirə olunub. Cavad Zərif Sergey Lavrovu İrana dəvət edib.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info