“Gün olur ki, ac uşaqları kiritmək üçün özümdən aclığın xeyri barədə nağıllar uydururam”
Tarix: 18.08.2015 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


10 yaşlı uşaq: “Burada həyat elə mürəkkəbləşib ki, acından ölməmək üçün ancaq işləməlisən”

Hələ 1994-cü ilə “Moskovskiy komsomolets" nəşrində dərc edilmiş bir məqalədə bildiilirdi ki, “Dağlıq Qarabağdakı münaqişə yaxşı planlaşdırılmış, əvvəlcədən hazırlanmış, həyata keçirilməsi Ermənistanın kommunist rəhbərlərinin üzərlərinə düşən aksiyadır…”.
Təbii ki, hələ o vaxtkı rəhbərlik bu addımı ararkən erməni xalqının hansı məhrumiyyətlərlə üzləşəcəyini nəzərə almamışdı. Bu gün Ermənistanın işğalçılıq siyasəti artıq erməni xalqını acınacaqlı həyat sürməyə vadar edib. Əlinə düşən ilk fürsətdəcə ölkədən qaçan ermənilərdən fərqli olaraq, bu ölkəni tərk etmək iqtidarında olmayanların necə yaşamaları “Birinci informasiya” saytına açıqlama verən erməni qadının danışdıqlarında bütün çılpaqlıqları ilə özünü göstərilir. Yazıda deyilir ki, Armavirin Arevik kəndində, keçmiş uşaq bağçasının köhnə, uçuq-salxaq binasında bu gün beş ailə yaşayır. Sakinlərdən birinin bildirdiyinə görə, beş ailənin üçü binanın daimi sakinləridir. Qalan iki ailə isə adətən yay aylarında kəndə işləmək üçün gəlir. Bina sakininin dediyinə görə, burada yaşayan hər bir ailənin - kiçikdən böyüyədək öz tarixi var: 4-cü sinif şagirdindən tutmuş ailənin böyük bacısına kimi hamı gündəlik yaşayışlarını təmin etmək üçün ilboyu ağır əməklə məşğul olmağa məhkumdurlar. Onlar yay aylarında məhsul sahələrində çalışsalar da, qış aylarında yavan çörəyin ümidinə qalırlar. Sayt əməkdaşları ilə söhbət zamanı, bina sakini Təhminə Poqosyan bir gün küçədə qalacağı qorxusu altında yaşadığını bildirib. Qadının sözlərinə görə, övladlarını uşaq bağçasında yerləşdirmək istəsə də, bağçanın bərbad vəziyyətdə olması onu qorxudur: “Təmirsiz bağçaya uşaq verməyə qoxuram. Bina hər an uça bilər. Bağçanın təmiri üçün büdcədən pul ayrılmalıdır. Pul isə yoxdur. Binanı yerli əhali öz vəsaiti hesabına təmir etmək iqtidarında deyil. Biz, sadəcə, etibarlı sığınacaq istəyirik, aylıq ödəniş haqqını isə imkan daxilində ödəməyə hazırıq”. Təhminə Poqosyan bütün günü mövsümlə əlaqədar sahədə işləyir. Önun gündəlik gəliri 4-5 min dram arasındadır: “Gndəlik qazancım iki uşaqla mənə ancaq kifayət edir. Lakin bu iş də hər gün olmur. İş olmayan günlər mən uşaqları kiritmək üçün özümdən aclığın xeyri barədə nağıllar uydururam”. Qadının sözlərinə görə, əri neçə müddətdir ki, Rusiyadadır. Əmək qabiliyyətini itirdikdən sonar oradakı qohumlarına sığınıb. Əvvəllər mal-qara saxlanılan fermada işləyib, ayaqları tutulandan sonra işsizdir. Qadının sözlərinə görə, qayınanası öldükdən sonra, qayınatası yenidən evlənib. Nəticədə, onun əri və qaynı küçədə qalıblar. Artıq beş ildən artıqdır ki, bu vəziyyətdə yaşayırlar: “Həyat yoldaşımı və onun qardaşını evdən qovdular. Bunu bütün kənd bilir. Bizi hətta pay torpağından da məhrum etdilər. Dövlətin cüzi müavinətini ancaq qaz və işıq ödənişlərinə vermək məcburiyyətindəyik”. Poqosyanın 4-cü sinifə keçən oğlu da bütün günü sahədə işləyir: badımcan, qarpız və ərik yığır, qadının dediyinə görə, oğlu onunla bir işləsə də, ona yarım pay ödəniş edilir. “Burada həyat elə mürəkkəbləşib ki, acından ölməmək üçün ancaq işləməlisən”. Bu isə 10 yaşlı uşağın fikirləridir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info