“Ukraynaya görə Rusiya ilə qarşıdurma vəziyyətinə düşməyimiz məni sevindirmir”
Tarix: 18.08.2015 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Respublikaçılar partiyasından ABŞ prezidenti vəzifəsinə namizəd irəli sürülmək iddiasında olan Donald Tramp bildirib ki, Ukraynanın NATO-ya üzv olmasının mümkünlüyü məsələsi onu narahat etmir. Ukrayna KİV-ləri “Azadlıq Radiosu”na istinadən bildirirlər ki, amerikalı biznesmen NBC telekanalının efirində çıxış edərək deyib:
“Bu məsələ məni narahat etmir. Ukrayna NATO-ya daxil olsa - çox yaxşı, lakin əgər daxil olmasa, bu da yaxşıdır”. D.Tramp bu müsahibəsində Ukraynanın ucbatından ABŞ-ın Rusiya ilə münasibətləri korlamağa məcbur olmasından narazılığını bildirib. O deyib: “Ukraynaya görə Rusiya ilə bizim qarşıdurma vəziyyətinə düşməyimiz məni sevindirmir. Halbuki Almaniya bu məsələdə ləng tərpənir, Rusiyadan neft və qaz almaqda davam edir”. Xatırladaq ki, sosioloji araşdırmalara görə, hazırda Donald Tramp respublikaçılar partiyasından Birləşmiş Ştatların prezidenti vəzifəsinə namizədliyə iddia edənlər arasında liderdir. Məlum olduğu kimi, ABŞ-da prezident seçkiləri 2016-cı ilin sonunda keçirilməlidir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info