“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib
Tarix: 18.08.2015 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 6-12 yaşlarında olan uşaqlar üçün tullantılar və onların təkrar emalı mövzusuna həsr olunmuş növbəti təlim keçirilib.
IDEA İctimai Birliyindən bildiriblər ki, təlim zamanı uşaqlara tullantılar və onların təkrar emalı prosesi, bu prosesin Planetimiz, xüsusilə də canlı aləm üçün nə qədər mühüm əhəmiyyət kəsb etməsi haqqında məlumat çatdırılıb. “Kiçik ekoloqlar”, həmçinin tullantıların çeşidlənməsi, azaldılması və təkrar istifadəsi yolları ilə də tanış olublar.
Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik yarışmalarında, bir sıra sınaqların keçirilməsində iştirak etmiş, süd qutusundan və plastik butulkadan özlərinin quş yuvalarını düzəltməklə istifadə olunmuş müxtəlif materiallardan ətraf mühitə yararlı yeni əşyalar hazırlamağı öyrəniblər. Daha sonra, “Eko laboratoriya”nın iştirakçılarına nümayiş olunan IDEA-nın plastik butulkadan təkrar emal nəticəsində hazırlanmış bel çantası həm valideynlərin, həm də uşaqların böyük marağına səbəb olub.
IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan sayca səkkizinci təlim olan Avqust laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ətraf mühitin mühafizəsində vacib amillərdən hesab olunan tullantıların azaldılması və təkrar emalı proseslərini kiçik yaşlardan öyrənmələri baxımından mühüm töhfə verib.
IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2020
“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
24.09.2020
Xalqımızın halal haqqı
23.09.2020
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq?
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik
23.09.2020
Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
2 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
3 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
4 Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
5 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info