“Rəsmi Ankaraya təhlükəsizlik sahəsində dəstəyi davam etdirəcəyik”
Tarix: 18.08.2015 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


“ABŞ əvvəlki kimi Türkiyə ilə tərəfdaşlıq münasibətlərini qoruyub saxlayır və rəsmi Ankaraya təhlükəsizlik sahəsində dəstək verməkdə davam edəcək”. TASS agentliyinin verdiyi məlumata görə, bunu ABŞ dövlət departamentinin sözçüsü Con Kirbi bəyan edib.
“Türkiyə bizim NATO üzrə müttəfiqimiz və etibarlı tərəfdaşımızdır, o cümlədən “İŞİD”lə mübarizədə tərəfdaşdır. Türkiyə ABŞ-a “İŞİD”in Suriyadakı mövqelərinə zərbələr endirməsi üçün özünün hərbi bazalarından istifadəyə icazə verib. Ümumilikdə, regionda çox sayda raket əleyhinə müdafiə sistemləri və hərbi gəmilər qalmaqdadır”,-deyə C.Kirbi bildirib. Bununla belə, avqustun 16-da məlum olub ki, ABŞ oktyabrdan etibarən "Petriot" hava və raket müdafiə sistemlərini Türkiyə ərazisindən çıxaracaq. Müxtəlif mənbələr əsasən, bu qərar Türkiyə hökumətinin narazılığına səbəb olub. Bununla bağlı sualı cavablandıran C.Kirbi deyib: “Mən danışıqlarda iştirak etməmişəm. Bildiyimə görə, söhbət açıq və səmimi şəraitdə baş tutub və nəticədə Türkiyə tərəfi bu addımın atılmasının mahiyyətini dərk edib”.
2012-ci ilin sonunda rəsmi Ankara NATO-dan öz ərazisində "Petriot" hava və raket müdafiə sistemlərininin yerləşdirilməsini istəmişdi. Buna cavab olaraq 2013-cü ildə Türkiyənin cənub-şərq bölgəsində, Suriya ilə 70-100 km aralıda ABŞ, Almaniya və Niderlanda məxsus "Petriot" sistemlərini yerləşdirilmişdi.
Qeyd edək ki, "Petriot" hava və raket müdafiə sistemləri həm ballistik raket, həm də təyyarələri vurmağa qadirdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info