Naxçıvanda yeni istehsal müəssisələri yaradılır
Tarix: 18.08.2015 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Son illər Naxçıvan Muxtar Respublikasında yaradılan əlverişli biznes mühitindən bəhrələnərək daxili bazarın tələbatına uyğun yüksək keyfiyyətli məhsullar istehsal edən emal və sənaye müəssisələrinin sayı artmaqdadır. 2015-ci ilin yanvar-iyul ayları ərzində Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına sənaye və kənd təsərrüfatı yönümlü 17 istehsal və 3 xidmət sahəsi olmaqla, ümumilikdə 20 müəssisənin yaradılması istiqamətində işlər başa çatdırılıb. Yeni yaradılmış istehsal müəssisələri tərəfindən ət qovurması, süd məhsulları, çörək (lavaş), tərəvəz məhsullarının istehsalı ilə yanaşı, qarğıdalı yetişdirilir, heyvandarlıq və balıqçılıq təsərrüfatları fəaliyyət göstərir.Yeni istehsal sahələrinin yaradılması daxili bazarı yüksək keyfiyyətli yerli məhsullarla təmin etməklə bərabər, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayır. Belə ki, 20 istehsal və xidmət sahəsində 97 yeni iş yeri açılıb.İlin ötən dövründə Sahibkarlığa Kömək Fondunun krediti və digər mənbələr hesabına kompot, mürəbbə, turşu, un-qənnadı məmulatları istehsalı sahələrinin, toxumçuluq, arıçılıq, heyvandarlıq, quşçuluq, istixana və çiyələkyetişdirmə təsərrüfatlarının, yarma və qarışıq qüvvəli yem istehsalının, quş kəsimi sahəsinin, eyni zamanda qeyri-ərzaq məhsulları üzrə silikon yorğan-döşək və yataq dəsti, zinət əşyaları, medal və döş nişanları, elektrik açarları, alçıpan örtüklər, gips, əhəng, məsaməli beton məmulatları istehsalı və müxtəlif növ xidmət sahələri olmaqla, 31 müxtəlif təyinatlı istehsal müəssisəsi, 6 müxtəlif növ xidmət sahəsi, ümumilikdə, 37 müəssisənin yaradılması istiqamətində işlər davam etdirilib.
Ümumilikdə, 2015-ci ilin yeddi ayı ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 22 müxtəlif təyinatlı layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 8 milyon 728 min 200 manat maliyyə dəstəyi göstərilib.AZƏRTAC
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info