Milli-mənəvi dəyərlərin təbliği işi gücləndirilib
Tarix: 18.08.2015 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin dəstəyi ilə Astara rayonu Şahağac kənd məscidi dini icmasının "Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə" adlı layihəsi çərçivəsində keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə baş məsləhətçisi Hatəm Gülməmmədov, Astara rayonu Şahağac kənd məscidi dini icmasının sədri Hacı Nazim Əsədov, müstəqil ekspert qismində ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı İlqar Həsənov, Astara rayon İcra Hakimiyyətinin Şahağac ərazisi üzrə nümayəndəsi Seyran Novruzov, Şahağac bələdiyyəsinin sədri Elçin Əsədullayev, Astara rayon İcra Hakimiyyətinin məsul işçisi Xəlil Lətifov, dini icmanın üzvləri Nəcəf Quliyev, Famil Abdullayev, İltifat Həsənov və dindarlar, kənd sakinləri, xüsusilə də gənclər iştirak ediblər.
Tədbirdə Hacı Nazim Əsədov "Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizədə dini icmaların rolu", İltifat Həsənov "Narkomaniya və zərərli vərdişlərə aludə olmuş gənclərin bu kimi hallardan uzaqlaşdırılması yolları", Famil Abdullayev "Gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsi", Aslan Həbibov "İslam dini insan sağlamlığına zərər vuran vasitələrin əleyhinədir" mövzuları üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar.
Lerik rayonu Monidigah kənd məscidi dini icması "Gənclər və milli-mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində də növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov, Bakı İslam Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə, Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri Əlipənah Bayramov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Azər Həsənov, Monidigah kənd məscidi dini icmasının sədri Hacı Mədət Abdullayev və dindarlar, kənd sakinləri, xüsusilə də gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb. Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması məqsədilə maliyyə yardımının ayırması barədə sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Sonda tədbir iştirakçıları mövzu ilə bağlı rəy və təkliflərini bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info