DSX-nin üç yeni gəmisi sərhəd sularında xidmətə başlayacaq
Tarix: 18.08.2015 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Yaxın gələcəkdə daha üç yeni gəmi sərhəd sularında xidmətə başlayacaqdır. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunları komandanı general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib. E.Quliyevin sözlərinə görə, Prezidentin 2013-cü il 11 sentyabr tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikası-nın dəniz təhlükəsizliyi strategiyası"na əsasən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş vəzifələrin icrası, о cümlədən Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsi sahəsində mümkün təhdidlərin qarşısının alınması üzrə qüvvə və vasitələrin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər müvəffəqiyyətlə davam etdirilir: “Cənab Prezidentin iştirakı ilə keçən il istifadəyə verilən Dövlət Sərhəd Xidmətinin gəmi inşası zavodu dəniz sərhədlərimizin mühafizəsinə öz töhfələrini verməkdədir. Zavodun imkanları hesabına sərhəd sularında dövlət maraqlarımızın qorunması imkanları xeyli dərəcədə genişlənir və nəticə etibarilə dəniz sərhədlərimizin mühafizəsinin, sərhəd rejimi qaydalarının, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin səviyyəsi daha da yüksəlir. Artıq zavodda inşa olunan dörd gəmi dəniz sərhədlərimizin mühafizəsindədir. Yaxın gələcəkdə daha üç yeni gəmi sərhəd sularında xidmətə başlayacaq”.
DSX rəisi sərhədçilər üçün tikilən binalar haqqında da açıqlama verib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2013-cü ildə Bakı şəhərinin Xətai rayonu ərazisində 4 binadan ibarət yaşayış şəhərciyinin tikintisi başlanılıb və cari ildə inşaat işləri başa çatdırılıb. Yaxın müddətdə həmin şəhərcikdə 600-dən artıq mənzilin güzəştli ipoteka şərtləri ilə Dövlət Sərhəd Xidməti əməkdaşlarına verilməsi nəzərdə tutulub”. DSX rəisi qeyd edib ki, aparılan islahatlar nəticəsində Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi təkmilləşdirilib, sərhəd məntəqələri müasir texniki avadanlıqlarla təchiz edilib, maddi-texniki baza xeyli möhkəmləndirilib, şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılıb: “Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri nəticəsində ötən il 208 binadan ibarət 48 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1186 mənzilin inşası həyata keçirilmiş, 342 xidməti mənzil istifadəyə verilib”.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info