“Növbəti kartın sifarişi zamanı bu səhvlər olmayacaq“
Tarix: 18.08.2015 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


“Bakıkart”a gələcəkdə növbəti kartlar sifariş veriləndə onun üzərindəki yazılarda düzəliş ediləcək. Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, Bakı Metropolitenində və “Bakubus”da istifadə edilən gediş kartı - “Bakıkart”ın üzərində gedən yazılar cəmiyyətdə birmənalı qarşılanmayıb. Ona görə də kartın üzərindəki səhv olduğu bildirilən yazılarda düzəliş ediləcək: “Bildirilir ki, Azərbaycan dilinin normaları pozulub. Bəli, biz də bunun fərqindəyik. Biz vahid gediş kartlarını Avropa Oyunlarından öncə istifadəyə verməyi planlaşdırırdıq. Lakin bir az gecikmə oldu. Bu kartlar Avropa Oyunlarından öncə sifariş verilib. Amma diqqətsizlik ucbatından kartın üzərindəki yazılarda səhv gedib. Bu günədək 150 minə yaxın kart satılıb. Satılmış kartlar sərnişinlər tərəfindən artıq istifadə olunur. Gələcəkdə növbəti kartlar sifariş veriləndə bu yazılarda düzəliş ediləcək”.
Xatırladaq ki, artıq bir neçə gündür ki, Bakıda nəqliyyatda vahid gediş kartı hesab olunan, “Bakubus” avtobuslarında və metroda istifadə edilən gediş kartlarının üzərindəki yazılar KİV-lərdə sosial şəbəkələrdə ciddi müzakirə edilir.
Belə ki, kartın bir üzündə “Kartı rəsmi satış məntəqəsindən alınız”, “Kart balansını artırmaq üçün rəsmi ödəniş terminallarından istifadə ediniz”, “Kartınızı zədələməyiniz” kimi cümlələr yer alır. Bir çoxlarının, o cümlədən mütəxəssislərin fikrincə, burada “alınız”, “ediniz”, “zədələməyiniz” kimi ifadələrin işlədilməsi düzgün deyil. Çünki müasir Azərbaycan dilində belə ifadə formaları yoxdur. Bəziləri isə hətta bunu Azərbaycanın dövlət dilinə hörmətsizlik kimi qəbul edir.
Qeyd edək ki, “Bakıkart”ın terminallarında kartı alanda və ya gediş haqqı yüklənəndə sərnişinə təqdim olunan çeklərdə nə “Bakı Metropoliteni” QSC-nin, nə də “Bakubus” MMC-nin adı yox, məhz kartın buraxılmasına məsul şirkət olan “K group” MMC-nin adı yazılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info