Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilib
Tarix: 18.08.2015 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyinin Kollegiyası tərəfindən “Çağrı Mərkəzi vasitəsilə Sadələşdirilmiş verginin bəyannaməsinin təqdim edilməsi” və “Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu” elektron xidmətlərinin inzibati reqlamentləri təsdiqlənib.
Nazirlikdən verilən məlumata görə, “Çağrı Mərkəzi vasitəsilə Sadələşdirilmiş verginin bəyannaməsinin təqdim edilməsi” elektron xidməti elektron imzası olan vergi ödəyicisinin Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciəti üzrə mərkəzin təmsilçisi tərəfindən onun təqdim etdiyi məlumatlar əsasında müvafiq rüblük bəyannamənin hazırlanması və elektron qaydada göndərilməsini əhatə edir. Elektron xidmət Vergilər Nazirliyi tərəfindən qismən avtomatlaşdırılmış formada həyata keçirilir. Xidmətin icra müddəti icraçının tələb olunan məlumatları daxil etməsindən, istifadəçinin gücləndirilmiş elektron imza vasitəsilə əməliyyatları təsdiqləməsindən və əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.
“Sadələşdirilmiş verginin bəyannaməsi” vergi orqanı tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə elektron formada tərtib edilərək gücləndirilmiş elektron imza vasitəsilə təsdiqləməsi üçün vergi ödəyicisinə göndərilir. Məlumatların doğruluğu təsdiqləndikdən sonra bəyannamə vergi orqanına yönəldilir və bu barədə vergi ödəyicisinin mobil telefonuna mesaj daxil olur.
“Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu” elektron xidməti Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlir və ya mənfəət vergisinin hesabatını vermək öhdəliyi olan vergi ödəyiciləri tərəfindən müvafiq ərizənin vergi orqanına təqdim olunmasını əhatə edir.
Bu elektron xidmət Vergilər Nazirliyi tərəfindən tam avtomatlaşdırılmış formada həyata keçirilir və icra müddəti “İnzibati icraat haqqında” Qanunla tənzimlənir. Xidmətin icrası zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş ərizə cavablandırılır və bu barədə onun elektron ünvanına məlumat göndərilir.
Elektron xidmətlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) və gücləndirilmiş elektron imza əldə etmiş şəxslər yararlana bilər. Qeyd edək ki, elektron xidmətlərdən istifadə ödənişsizdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info