Macarıstanda “Əcdadlar günü” keçirilib
Tarix: 18.08.2015 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Macarıstanın Buqaç bölgəsində yerləşən Kişkunçaq milli parkında Macarıstan-Turan Cəmiyyətinin təşkilatçılığı ilə “Əcdadlar günü” keçirilib. Builki “Əcdadlar günü" gələn il təşkil olunacaq VI Hun-Türk qurultayına hazırlıq xarakteri daşıyır və məqsəd macarları qədim əcdadları olan hunlar və əski türklərlə daha yaxından tanış etməkdir.Tarixi-bədii şounun açılış mərasimində Macarıstan parlamentinin vitse-spikeri, tanınmış tarixçi və dramaturq Şandor Layoş, Macarıstan-Turan Cəmiyyətinin prezidenti Andraş Biro, Türkiyə, Qazaxıstan və Azərbaycanın Macarıstandakı səfirləri Şakir Fakılı, Nurbax Rüstəmov və Vilayət Quliyev, TİKA təmsilçiləri, dünyanın müxtəlif ölkələrindən gəlmiş türk icmalarının nümayəndələri iştirak ediblər.Azərbaycan və Macarıstan arasındakı qarşılıqlı mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə azərbaycanlı jurnalist, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Turan Cəmiyyətinin diplomu ilə təltif olunub. Hazırda Almaniyada yaşayan tanınmış azərbaycanlı rəssam Əşrəf Heybətov hun tayfalarının əfsanəvi başçısı, məşhur sərkərdə Atillanın portretini Turan Cəmiyyətinə hədiyyə edib.Daha sonra qədim türklərin hərbi məharətini əks etdirən döyüş səhnələri göstərilib, cıdır yarışı, çovkan oyunu, oxatma müsabiqəsi keçirilib. Turan Cəmiyyətinin təşəbbüsü ilə yaradılan və Macarıstanın türk köklərini göstərən səyyar muzey böyük maraqla qarşılanıb. Axşam isə tonqal işığında qədim türk melodiyalarından və şaman musiqisindən ibarət konsert proqramı nümayiş olunub.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info