Almaniyadakı səfirliyimiz bəyanat yayıb
Tarix: 18.08.2015 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının AFR-dəki səfirliyi Leyla Yunus və Arif Yunus barədə çıxarılmış məhkəmə hökmünün Almaniyadakı bəzi dairələr tərəfindən siyasiləşdirməsi cəhdlərini pisləyən bəyanat yayıb.Bəyanatda vurğulanır ki, hüquqi dövlətdə törədilmiş cinayətin müvafiq cəzası olmalıdır. Hər bir demokratik ölkədə olduğu kimi, insan hüquqları müdafiəçisi olmaq və ya hər hansı bir digər status Azərbaycan Respublikası Qanunu qarşısında məsuliyyətdən azad etmir.Bəyanatda bildirilir ki, Leyla Yunus və Arif Yunusun azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi prosesi Azərbaycan Respublikasının birinci instansiya məhkəməsi tərəfindən açıq və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə baş verib. Məhkəmə prosesi xarici diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən sərbəst şəkildə müşahidə olunub. Buna baxmayaraq, Almaniyadakı bəzi dairələr müstəqil məhkəmənin qərarına hörmətsizlik edərək, onu əsassız olaraq siyasiləşdirməyə cəhd göstəriblər.Bəyanatda həmçinin qeyd olunur ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra demokratik-hüquqi dövlət quruculuğu uğurla həyata keçirilir. Ölkənin müstəqil məhkəmə orqanlarının işinə siyasi bəyanatlarla təzyiq göstərilməsi qəbuledilməzdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info