Ukraynadakı diasporumuzun turizmin inkişafına töhfəsi
Tarix: 18.08.2015 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında çıxışı zamanı Azərbaycana turist axınına maneə yaradan məqamlara sərt irad bildirməsi ölkəmizin hər yerində olduğu kimi diaspor təşkilatları tərəfindən də diqqət və maraqla qarşılanıb. Həmin çıxışdan ruhlanaraq Ukrayna Qafqaz Xalqları Konqresinin sədri Paşa Məmmədov (İlisuyskiy) və Rusiyada Azərbaycan diasporunun fəalı Rüfət Əliyev bir neçə ölkədən olan 20-ə yaxın turistin Qax rayonuna səyahətini təşkil ediblər. Əsrarəngiz təbiət gözəlliklərinə, əlverişli iqlim şəraitinə malik olan Qax rayonunun turizm potensialı geniş olduğundan xarici ölkələrdən olan turistlərin buraya marağını artırmaq məqsədi ilə Paşa Məmmədovun və məşhur fotoqraf Rüfət Əliyev yeni təşəbbüsü bu sahədə ilk olmaqla yanaşı, həm də ölkəmizin tanıdılması baxımından diqqəti çəkir. Bununla bağlı Paşa Məmmədov qəzetimizə açıqlamasında vurğulayıb: “Qaxın əsas özəlliklərindən biri onun turizm üçün son dərəcə əlverişli, füsunkar bir məkanda, uca dağların qoynunda yerləşməsidir. Qədim kənd və müasir şəhər elementlərini özündə birləşdirən bu turizm məkanını ilin bütün fəsillərində yerli və xarici turistlər ziyarət etmək imkanına malikdir. Məhz bu baxımdan Rusiya, Ukrayna və İsraildən olan turistlərin rayonumuza səyahətini təşkil etmişik. Cənab Prezident son müşavirədəki çıxışında qeyri-neft sektorunun inkişafını vurğuladı və prioritet sahə kimi turizm sektorunu da qeyd etdi. Bu çağırışa cavab olaraq Qaxın adından, bir qaxlı kimi Qax rayonunun turist potensialı ilə tanış etmək məqsədi ilə turistləri cəlb elədik. Təbii ki, bunlar Qax rayonunda yaşayan əhalinin rifahının artmasına kömək olacaq, həm Qax rayonunun turizm potensialının dünyaya çatdırılmasına kömək olacaq. Və bu sahədə biz Qax gəncləri bacardığımız işi heç kimdən gözləməyərək özümüz görəcəyi nəzərdə tutmuşuq. Bu gün bu layihənin birinci etapıdır. Bu layihə turizm mövsümü başa çatanadək davam edəcək”.
Ukrayna, Rusiya və İsraildə yaşayan turistlər səyahət zamanı Kürmük məbədində, Sumu qalada, Ulu körpü, Ləkit və Qum kəndlərindəki dünya memarlıq abidələrinə baş çəkdiklərini, eləcə də şəhərdəki İçəri bazar mədəniyyət-turizm mərkəzindən xüsusi zövq aldıqlarını, bu məkanların dünyanın öndə gedən turizm bölgələrindən heç də geri qalmadığını xüsusi qeyd ediblər. Paşa Məmmədovun verdiyi məlumata əsasən, ölkə başçısının qeyri-neft sektorunda, xüsusən də turizmin inkişaf etdirilməsinə dair verdiyi tövsiyələri həyata keçirmək üçün yaxın vaxtlarda bir neçə tur-aksiyaların təşkili nəzərdə tutulur.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info