Beyləqanda qrant müqaviləsi imzalanıb
Tarix: 18.08.2015 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Beyləqan şəhərindəki Gənclər Mərkəzində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçiriləcək “Beyləqan şəhərində məktəblərin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib. Mərasimdə çıxış edən “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev layihə çərçivəsində Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşağın tikiləcəyini və bununla da gigiyenik şəraitin yaxşılaşacağını bildirib.Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev rayon haqqında qonaqlara məlumat verib. O, iki dost ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycanda həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını ifadə edib.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi bildirib ki, layihənin məqsədi məktəblərdə yeni sanitar qovşağı tikməklə, tələbə və müəllim heyəti üçün gigiyenik şəraiti təkimilləşdirməkdir. Yaponiya hökuməti indiyədək Beyləqan rayonunda iki layihə həyata keçirib və bu artıq üçüncü layihədir. Layihənin ümumi məbləği 90 min 300 ABŞ dolları təşkil edir.
Məlumat verilib ki, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində indiyədək Azərbaycanın bölgələrində yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin artırılması ilə bağlı ümumi dəyəri 17 milyon 405 min 023 ABŞ dolları olan 204 layihə üzrə qrant müqaviləsi imzalanıb.
BMT-nin Uşaq Fondunun (UNISEF) Azərbaycan üzrə təmsilçisinin müavini xanım Nafisa Binte Shafique bildirib ki, UNISEF Asiya İnkişaf Bankının, yerli qurumların və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə Ağdaş, Ağcabədi və Beyləqan rayonlarının ümumtəhsil məktəblərində şagirdlərin gigiyena və sanitariya ilə bağlı biliklərinin artırılmasına dair treninqlər təşkil edib.
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində Beyləqan məktəbləri ilə yanaşı, Ağdaş və Ağcabədi rayonlarında da orta məktəblərdə sanitar qovşaqlar tikilməklə, gigiyenik şəraitin yaxşılaşdırılması nəzərdə tutulur.
Sonra səfir Tsuquo Takahaşi və “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev layihə üzrə qrant müqaviləsini imzalayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info