“Azərbaycandan Türkiyəyə qatarla bir günə getmək olacaq“
Tarix: 18.08.2015 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə sərnişinlərin daşınması üçün Azərbaycan Türkiyədən daha 30 vaqon alacaq.
Bunu “Trend”ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı danışıqlar yekunlaşıb və vaqonlar sifariş olunub.
Sözügedən qatarlarda sərnişinlərin rahatlığı üçün ən yüksək şəraitin qurulacağını deyən N.Əzməmmədov qeyd edib ki, vaqonlar Azərbaycana 2016-cı ildə gətiriləcək: “Qatarlar bir mərtəbəli olacaq. Müasir standartlara uyğun bütün şəraitə malik olacaq qatarlarda "wi fi" sistemi ilə yanaşı, bir sıra başqa yeniliklərin də olacağı istisna olunmur. Sərnişinlər Bakıdan Qarsa bir günə gedə biləcəklər. Amma sonra yəqin ki, sərnişinlər mənzil başına daha tez gedib çıxa biləcəklər”.
N.Əzməmmədov gediş haqqı qiymətlərinin Türkiyə və Gürcüstanla razılaşdırılacağını qeyd edib.
QSC rəsmisi həmçinin qeyd edib ki, bu ilin sonuna kimi Bakı-Tbilsi-Qars kəməri ilə artıq yüklərin də daşınmasına başlanılacaq. Onun sözlərinə görə, bu istiqamətdə son tamamlama işləri aparılır: “2015-ci ilin sonları bizim ilk qatarlarımız Türkiyə sərhədinə gedib çıxacaq. Bizim standartlar Avropadakından fərqli olduğu üçün Axalkalakidə arabacıqların dəyişdirilməsi stansiyası tikilir. Həmçinin yeni körpünün inşası da aparılır. İşlər yekunlaşandan sonra bu dəmir yolu xətti ilə 5 və ya 6 milyon yükün daşınması nəzərdə tutulur. Sonrakı illərdə isə 15 milyona qədər yükün daşınması planlaşdırılır”.
Qeyd edək ki, BTQ dəmiryol xətti layihəsi 68 km-i Türkiyə ərazisindən, 30 km-i Gürcüstan ərazisindən, həmçinin Gürcüstanda Tbilisi-Axalkalakidə 183 km sahənin rekonstruksiyası daxil olmaqla 98 km uzunluqda Qars-Axalkalaki dəmir yolunun tikintisini nəzərdə tutur.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17.10.2019
Prezident Saleh Məmmədovu qəbul edib: YENİLƏNİB
17.10.2019
Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
17.10.2019
Ekspert: Prezident iqtisadi müşavirədə bir daha islahatların dərinləşdiriləcəyi və şəffaflığın artırılacağı mesajını verdi
17.10.2019
SOCAR yeni istiqrazlar buraxacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
3 Vasim Məmmədəliyev vəfat edib
4 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub
5 Kişi sağlamlığı üçün ən faydalı maddə - Pomidor, qreypfrut və itburnuda var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info