Davudoğlu hökuməti formalaşdırmaq üçün prezidentdən aldığı səlahiyyəti geri verəcək
Tarix: 18.08.2015 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, baş nazir Əhməd Davudoğlu yeni hökuməti formalaşdırmaq üçün prezidentdən aldığı səlahiyyəti geri verəcək.
Ə. Davudoğlu bu gün prezident Rəcəb Tayyib Ərdoğanla görüşərək ona hökumət qurmaq üçün atdığı addımlarla bağlı məlumat verəcək və bu məqsədə nail olmadığını rəsmən bildirəcək.
Xatırladaq ki, Ə. Davudoğlunun Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat partiyalarının liderləri ilə apardığı danışıqlarda hər hansı nəticə əldə edilməyib. Hökuməti formalaşdırmaq üçün Konstitusiyada nəzərdə tutulan müddət avqustun 23-də başa çatır. CHP səlahiyyətin Kamal Kılıçdaroğluna verilməsini istəsə də, R. T. Ərdoğanın belə bir addıma getməyəcəyi gözlənilir. Avqustun 23-dən sonra prezidentin parlamentdəki partiyaların təmsilçilərindən ibarət müvəqqəti hökumət formalaşdıraraq erkən seçki qərarını elan edəcəyi bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info