“Boulevard Voltaire”: “Ollandın səhvi Fransaya 54 milyard avroya başa gəlib”
Tarix: 18.08.2015 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


“Bundan başqa o, ölkənin əsas problemləri, eləcə də işsizliyin həlli üçün heç bir iş görə bilməyib”

Üç ildir Fransa prezidenti postunu tutan Fransua Olland öz imkanlarını lazımi qədər qiymətləndirməyib və ölkəni böyük borc yükünün altına girmək riski ilə üzləşdirib.
Bu barədə Fransa nəşri “Boulevard Voltaire” yazır. Qeyd edilir ki, əgər hətta narahatlıq doğuran iqtisadi göstəricilərə əsaslanmasaq belə, bu yay baş vermiş iki epizoda diqqət yetirəndə Fransa üçün bu fəlakətin miqyasını qiymətləndirmək mümkündür: “Üç aydan da az bir müddətdə Ollandın günahı üzündən 54 milyard avro itirib. Bizim “cəsur” prezident geopolitika sahəsində səhvlər buraxmaqda davam edir. Bunun əvəzini isə Fransa vergiödəyiciləri ödəməli olacaq”.
Daha öncə məlum olub ki, Fransa Rusiyaya hərbi təyinatlı “Mistral”ların çatdırılmamasına görə 2 milyard dollar ödəməli olacaq. Nəşr bu barədə yazır ki, öncə Rusiya iki yox, dörd helikopterdaşıyıcı almağı planlaşdırırmış. Yuxarıda qeyd edilmiş 2 milyard avronu da bu baxımdan nəzərə alsaq, ümumilikdə Fransaya 4 milyard avroya yaxın zərər dəyib. “Mistral”larla bağlı müqavilədən əlavə, Fransa Hindistana 26 “Dassault Rafale” qırıcısının çatdırılması ilə bağlı müqavilədən boyun qaçırıldığına görə də 48 milyard avro itirib. Misirə bu cür qırıcıların çatdırılmasını nəzərdə tutan 5,2 milyard avroluq müqavilə də pozulma təhlükəsi ilə üzləşib – müqavilənin ödənilməsi üçün isə Misir hökiuməti Fransadan 2,6 milyard dollar borc götürüb.
“Boulevard Voltaire” qeyd edir ki, bu itkilər ölkə büdcəsi üçün yetərincə yük olacaq. Ölkənin əsas problemləri, eləcə də işsizliyin həlli üçün heç bir iş görə bilməyən Olland, iki müqavilənin pozulması nəticəsində də ümumilikdə ölkəyə 54 milyard avroluq ziyan vurub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info