Dərslərin başlanma vaxtı dəyişəcək
Tarix: 18.08.2015 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


“Nazirlər Kabinetinə nəqliyyatın sıxlığı yüksək olan ərazilərdə yerləşən orta məktəblərdə ibtidai siniflərlə yuxarı siniflərdə dərslərin başlanmasında fərqin olması ilə də bağlı təklif göndərmişik. Yuxarı siniflərin bir az erkən, məsələn saat 08.00-da dərsə başlaması, ibtidai siniflərdə isə bu vaxtın ondan 45-50 dəqiqə sonra, yəni 08.50 və yaxud 09.00-a dəyişdirilməsi təklif olunub”. Bunu Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.
O, bildirib ki, müəyyən qədər vaxtın sürüşməsi ilə həm orta məktəbə gedən şagirdlərin miqdarı nisbətən zamana görə dəyişəcək: “Həm də bu addım o şagirdləri məktəbə gətirən nəqliyyat vasitələrinin sayının pik zamanda azalmasına imkan verir. Məktəb ətrafında avtomobillərin toplanıb sıxlıq yaradıb bütövlükdə küçədə tıxac əmələ gələ bilməsinin də qarşısı bu tədbirlə alınacaq”.
Sektor müdiri əlavə edib ki, Nazirlər Kabinetinin yekun qərarından sonra, qərarın icrası təhsil müəssisələrində yeni tədrisi ilindən həyata keçiriləcək.
S. Gözəlov valideynləri ibtidai sinifdə oxuyan övladlarını ictimai nəqliyyatdan istifadə edərək məktəbə gətirmələrini tövsiyə edib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info