“Qarabağ”ın oyununu rus hakim idarə edəcək
Tarix: 18.08.2015 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Avropa Liqasının pley-off mərhələsinin avqustun 20-daə keçiriləcək ilk oyunları çərçivəsində keçiriləcək “Yanq Boyz” (İsveçrə) - “Qarabağ” (Azərbaycan) oyununun baş hakimi Vladislav Bezborodov maraqlı futbol karyerasına malikdir. 42 yaşlı referi hakimliyə futbolçu karyerasının ardından başlayıb.
O, 1991-ci ildə, 19 yaşında anadan olduğu Sankt-Peterburqun “Zenit” klubunda peyda olub. Bezborodov SSRİ çempionatının I dəstəsində 5 oyun keçirib. Maraqlıdır ki, indiki FİFA referisi 24 il əvvəl iyunun 20-də Azərbaycan təmsilçisi “Neftçi” ilə qarşılaşmada da iştirak edib. Həmin oyunda səfərdə çıxış edən təmsilçimiz qalib gəlib - 1:0. Yeganə qolu 15-ci dəqiqədə Samir Ələkbərov vurub. Bezborodov isə meydana 63-cü dəqiqədə daxil olub. Bu qarşılaşma onun “Zenit”də son oyunu olub. Karyerasını bitirməyə qərar verən gənc təhsil almaq üçün ABŞ-a yollanıb. Okeanın o tayında idman menecmenti və biznes idarəetməsi üzə bakalavr dərəcəsi alan rusiyalı 1998-ci ildə vətənə qayıtdıqdan sonra yenidən futbolçu karyerasını bərpa edib. Əvvəl Sankt-Peterburq “Dinamo”sunda, sonra Latviya “Ventspils”ində çıxış edən Bezborodov Baltikyanı ölkədə qeyri-adi nailiyyət qazanıb. O, 2000-ci ildə ölkə kubokunun 1/8 final mərhələsinin “Sesna” ilə matçında 7 qol vurub.
Ardınca Belarusa üz tutan futbolçu bu ölkədə “Dinamo” (Minsk), “Şaxtyor” və “Torpedo-OİK”in şərəfini qoruyub. Futbolçu karyerasını ikinci dəfə 29 yaşında başa vuran rusiyalı 2001-ci ildən hakimliyə başlayıb. Əslində, bu yol onun üçün qeyri-adi deyil. Çünki Vladislavın atası Yuri Bezborodov da əvvəl futbolçu, sonra hakim olub. Hazırda Rusiya Futbol İttifaqının inspektoru olan ata Bezborodov həm də Sankt-Peterburq federasiyasında Nizam-İntizam Komitəsinə rəhbərlik edir.
Vladislav 2007-ci ildə Rusiya Premyer Liqasında debüt edib. 2009-cu ildən FİFA dərəcəsi alan hakim UEFA-nın 1-ci kateqoriyasına daxildi. Bezborodov beynəlxalq arenada 2009-cu ilin “Birlik kuboku”nda debüt edib. Rusiyalı Bakı “İnter”inin qalibi olduğu həmin turnirdə təmsilçimizin iki matçını idarə edib. Maraqlıdır ki, hər iki matçda Azərbaycan çempionunun rəqibləri Bezborodovun futbolçu kimi formasını geydiyi klublar olub. “İnter” qrupda “Ventspils”i 2:0 hesabı ilə məğlub edib, finalda isə Belarus “Şaxtyor”unu 0:0 bitən görüşün penaltilər seriyasında üstələyib. Qeyd edək ki, Bezborodovun son beynəlxalq oyunu Çempionlar Liqasında olub. O, “Qəbələ”nin Avropa Liqasındakı rəqibi Yunanıstan “Pnatinaikos”unun Belçika “Brügge”si ilə Afinadakı görüşündə fit çalıb.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
15.01.2019
“Barselona” ötən il futbolçulara 562 milyon avro pul ödəyib
15.01.2019
Unai Emeri Məsut Özildən imtina edib
15.01.2019
Gimnastika Federasiyası ilin ilk dünya kuboku yarışlarına hazırlaşır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info