Gənc güləşçilərimizdən böyük uğur
Tarix: 18.08.2015 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


Braziliyanın Salvador şəhərində gənclər arasında Dünya Çempionatı Azərbaycan güləşçiləri üçün uğurla başa çatıb. Yığma komandamız mundialda güləşin hər üç növü üzrə mübarizə aparıb. Ümumilikdə 7 qızıl, 4 gümüş və 3 bürünc medal qazanan komandalarımız xal hesabında dünya çempionatını ikinci sırada tamamlayıb.
Qızıl medalların sayına görə, bütün komandaları qabaqlayaraq dünya birincisi olan gənc sərbəst güləşçilərimiz idman tariximizdə yeni səhifə yazıblar. Yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov, 55 kq), 2 gümüş (Kərim Cəfərov, 60 kq və İslam Abbasov, 84 kq), 1 bürünc (Ruhin Mikayılov, 66 kq) medal qazanıblar. Gənc qızların yarışında isə yığmamız 2 qızıl (Türkan Nəsirova, 44 kq və Leyla Qurbanova, 51 kq), 2 gümüş (Raqnetta Qurbanzadə, 63 kq və Səbirə Əliyeva, 72 kq) və 1 bürünc (Elis Manolova, 67 kq) medala sahib olub. Sərbəst güləşçilərimiz dünya çempionatını 4 qızıl medalla başa vurublar. Qızıl medalları ölkəmizə Mahir Əmiraslanov (50 kq), Teymur Məmmədov (66 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) qazandırıblar. Arif Hüseynov (50 kq) isə bürünc medala sahib olub. Ümumiyyətlə, gənc güləşçilərimiz bu dəfə 2007-ci ildən etibarən qatıldıqları dünya birinciliklərində ən çox medal qazanmaqla güləş tariximizdə bir ilki reallaşdırıblar. Belə ki, 2007-ci ildə 5, 2008-ci ildə 5, 2009-cu ildə 8, 2010-cu ildə 10, 2011-ci ildə 6, 2012-ci ildə 7, 2013-cü ildə 11 və 2014-cü ildə 12 medal qazanan gənc güləşçilərimiz bu dəfə medalların sayını 14-ə çatdırıblar. Bu nəticə həm medalların sayına, həm də əyarına görə əvvəlkilərdən daha yaxşıdır. Bundan başqa, gənc güləşçilərimizin 2007-ci ildən bəri qatıldıqları Avropa çempionatlarının yekunlarına nəzər salsaq görərik ki, həmin il cəmi 3 medal qazanan gənclərimiz 2008-ci və 2009-cu illərdə 11, 2010-cu ildə 10, 2011-ci ildə 12, 2012-ci ildə 14, 2013-cü ildə 13, 2014-cü ildə isə 8 medala sahib olublar. Bu il isə gənc güləşçilərimiz Avropa çempionatını 5 qızıl, 4 gümüş və 6 bürünc olmaqla 15 medalla başa vurublar. Bu, gənc güləşçilərimizin indiyədək qatıldıqları Avropa çempionatlarında medalların həm sayına, həm də əyarına görə qazandığı ən yüksək nəticədir. Qarşıdan Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunları gəlir. Bu gün gənclər arasında yarışlarda ölkəmizi təmsil edən yığma komandamızın üzvlərinin 2016-cı ildə Olimpiadada mübarizə aparacaq yığma komandanın heyətinə düşmək şansları böyükdür. Qazanılan nəticələr gələcəyə ümidlə baxmağımıza əsas verir. İnanırıq ki, bu gün gənclər arasında yarışlarda uğurla çıxış edərək bayrağımızı yüksəldən, himnimizi səsləndirən pəhləvanlarımız qazandıqları uğurları, nailiyyətləri gələcəkdə də davam etdirəcək, bütövlükdə xalqımızı və bütün güləş həvəskarlarını sevindirəcəklər.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info