Ermənistanda iki sahibkar intihar edib
Tarix: 19.08.2015 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Tamamilə iflasa uğrayan Ermənistanda sosial problemlər tükənmir. İşsizliyin və səfalətin gətirdiyi çətinliklər səbəbindən intihar edənlərin sayı son illər xeyli artıb. Erməni ekspertlər intihar hallarının son on illərdə sürətlə artmasını ölkə iqtisadiyyatının bərbad hala düşməsi, məmur özbaşınalığı, dövlət idarəçiliyindəki korrupsiya, ölkə əhalisinin dilənçi kökündə yaşaması ilə əlaqələndirirlər.
Verilən məlumata görə, hər il bu ölkədə 200-dən artıq insan ağır həyat şəraiti səbəbindən könüllü olaraq bz həyatlarına son verirlər. Ermənistan Dövlət Statistika Xidməti İdarəsinin məlumatına görə, 2003-cü ildə 377 intihar hadisəsi qeydə alınmışdı. Maraqlı cəhətlərdən biri də budur ki, son illər intihar halları ölkənin yuxarı təbəqəsi sayılan imkanlı insanlar arasında da, müşahidə edilməkdədir.
Belə ki, «Tert.am» saytının verdiyi son xəbərə görə, «GS Plaza Venice» restoranlar kompleksinin sahibi Abram Əmirxanyan intihar yolu ilə həyatla vidalaşıb. Verilən məlumata görə, buna səbəb «GS Plaza Venice» restoranlar kompleksinin sahibinin məhkəmənin qərarı ilə müflis elan edilməsidir. Məlumatda o da bildirilir ki, şirkətin təkcə "VTB-Ermənistan” bankına olan borcu 9 milyon təşkil edib.
«Joxovurd» nəşrinin araşdırmalarına görə, «GS Plaza Venice»nin meneceri Levon Petrosyan Arabkir və Kanaker-Zeytun ümumi yurisdiksiyalı məhkəməsinə "Comfort R & V" tərfəindən dəymiş ziyanın kompensasiya yolu ilə ödənidlməsi tələbi ilə müraciət edib. Amma, nəşrin də etiraf etdiyi kimi, burada hansı ziyandan söhbət getdiyi barədə məlumat verilməyib. Müflis tərəf "Comfort R & V"-nin pul və əmlakına həbs qoyulması ilə bağlı məhkəmədə vəsatət qaldırıb. Verilən başqa bir məlumata görə, məhkəmə bununla razılaşıb.
«Joxovurd» nəşri «GS Plaza Venice» restoranlar kompleksinin sahibi Abram Əmirxanyanın maliyyə problemləri ilə əlaqədar intihar etdiyini də xəbər verir. Qəzetin yazdığına görə, Əmirxanyan intihardan əvvəl yazdığı kiçicik kağız parçasında onu bu maliyyə çətinlikləlri ilə üz-üzə qoyan şəxslərin adlarını qeyd edib.
Qeyd edək ki, Ermənistanda maliyyə problemi ilə intihar həddinə gətirilən birinci hadisə deyil. Belə ki, ölkədə fəaliyyətdə olan "Eyfel" mağazalar şəbəkəsinin sahibi Qevork Mkrtçyan da borc səbəbi ilə intihar edib. Ölkədəki mətbu onqanların məlumatına görə, erməni sahibkarın həm ölkə daxilində, həm də xaricdə xeyli borcu yığılıbmış. Bəlkə də oxucular üçün vaxtilə Qafqaza səfər edən almaniyalı səyyah Alfred Kertenin fikirləri maraq kəsb edə bilər. O yazırdı ki, əgər erməni ilə iş birliyi qurmaq istəsən, onda heç bir sənədləşmə aparmağa ehtiyac yoxdur, sadəcə şərə rast gəlmisən. Tanınmış iş adamı kimi, təqdim edilən Qevork Mkrtçyan evdə saxladığı şəxsi silahı ilə özünü güllələyib. O da bildirilir ki, onun ailə daxilində heç bir münaqişəsi olmayıb. Evin bağçasından eşidilən güllə səsinə çıxan ailə üzvləri onun cəsədi ilə qarşılaşıblar . Üç uşaq atası olan Mkrtçyan isə yazdığı qeyddə həmkarı Abram Əmirxanyandan fərqli olaraq, onun ölümündə heh kəsi günahlandırmamağı xahiş edib.
Bunlar erməni rəhbərlərinin öz xalqına vəd etdikləri gözəl həyat arzularına rəğmən, erməni reallığıdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info