Regionlarda dini maarifləndirmə işi davam etdirilir
Tarix: 19.08.2015 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Belə tədbirlərdən biri avqustun 16-da Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə dini icmasının “Dindarlar milli-mənəvi dəyərlərimizin keşikçisidir” adlı layihəsi çərçivəsində baş tutub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ayiq Səmədov, AMEA-nın elmi işçisi, Bakı İslam Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, müstəqil ekspert Aslan Həbibov, Lənkəran rayonun Ləj kənd məscidinin axundu,AMEA-nın doktorantı Samid Quliyev, Aşağı Nüvədi qəsəbə dini icmasının sədri Asəf Axundov, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dövlət komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ayiq Səmədov layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb. Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayırması barədə sərəncamı dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirən natiq, ümidvar olduğunu bildirib ki, onlarla dini icmaya ayrılmış vəsait dini icmaların fəaliyyətində aktivlik yaradacaq. Tədbirdə Lənkəran rayonunun Ləj kənd məscidinin axundu, AMEA-nın doktorantı Samid Quliyev "Dindarlar və onların milli-mənəvi dəyərlərimizin inkişafında rolu" Aşağı Nüvədi qəsəbə məscidi dini icmasının sədri Asəf Axundov ”Din xadimlərinin cəmiyyətin inkişafında rolu”, AMEA-nın elmi işçisi, Bakı İslam Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, müstəqil ekspert Aslan Həbibov "Din xadimlərinin cəmiyyətdə vəhdətin formalaşmasında rolu” mövzuları üzrə məruzələrlə çıxış ediblər. Tədbirdə çıxış edən qəsəbə sakinləri bu layihəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə və DQİDK-nın sədri cənab Mübariz Qurbanlıya minnətdarlıqlarını bildiriblər.
Lənkəran şəhəri “Böyük Bazar” Cümə məscidi dini icmasının “Gənclər və milli-mənəvi dəyərlərimiz” adlı layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, AMEA-nın elmi işçisi, Bakı İslam Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, müstəqil ekspert Aslan Həbibov, Lənkəran şəhəri “Böyük Bazar” Cümə məscidinin dini icma sədri Qəni Axundzadə, “Böyük Bazar”Cümə məscidi dini icmasının axundu Amid Bağırov, dindarlar, şəhər sakinləri, və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb. Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, həyata keçirilən layihələr öz müsbət nəticəsini verir.
Oğuz şəhəri “Cümə” məscidi dini icmasının “Ənənəvi İslam və dindarların radikal təsirlərdən qorunması” adlı layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Rüstəm Ramazanov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Qarayev, Oğuz şəhəri “Cümə” məscidinin imamı Şovkət Cəlilov , din xadimləri, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri ,gənclər və məsciddə fəaliyyət göstərən Quran kursunun tələbələri iştirak ediblər.
Lənkəran rayonu Separadi kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizmə və yad təsirlərə qarşı milli-mənəvi dəyərlərimizin rolu” layihəsi, Lənkəran rayonu Nərimanabad qəsəbə “İmam Hüseyn” məscidi dini icmasının həyata keçirdiyi “Narkomaniya və zərərli vərdişlərdən uzaq olaq layihəsi çərçivəsində növbəti maarifləndirici tədbirlər keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ayiq Səmədov, AMEA-nın elmi işçisi, Bakı İslam Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, müstəqil ekspert Aslan Həbibov, Lənkəran rayonun Cil kənd məscidinin dini icma sədri və axundu Əliəşrəf Əliyev, Liman şəhər polis bölməsinin əməkdaşı, polis kapitanı Seyidrza Əzizov, yerli din xadimi Rəşad Ağayev, Nərimanabad qəsəbəsi “İmam Hüseyn” məscidi dini icmasının sədri Abuzər Kərimov, dindarlar, kənd sakinləri və gənclər iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib
16.01.2019
Azərbaycandan İrana qanunsuz keçmək istəyən sərhəd pozucusu saxlanılıb
16.01.2019
MTRŞ: “Televiziyalarda ciddi mövzuların müzakirə olunduğu proqramların qıtlığı var”
16.01.2019
Sürücü və sərnişinlərə xəbərdarlıq
16.01.2019
“Azərenerji” xüsusi rejimdə işləyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info