Belarus Prezidenti seçkilərində MDB müşahidəçilər missiyası işə başlayıb
Tarix: 19.08.2015 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Belarus Respublikası (BR) seçkilərində MDB müşahidəçilər missiyasının başçısı Sergey Lebedev avqustun 18-də BR Mərkəzi Seçki Komissiyasında (MSK) bu ölkənin seçkilər və respublika referendumlarının keçirilməsi üzrə Mərkəzi Komissiyasının sədri Lidiya Yermoşina ilə görüşüb. Birliyin Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə S.Lebedevə təntənəli surətdə bir nömrəli beynəlxalq müşahidəçi vəsiqəsi təqdim olunub.
Bu şərəfə layiq görüldüyünə görə L.Yermoşinaya təşəkkür edən S.Lebedev hökumətin və Mərkəzi Komissiyanın Belarusda azad, ədalətli və demokratik prezident seçkilərinin təmin olunmasına yönələn addımlarını yüksək qiymətləndirib.
Gözlənildiyinə görə, seçkiləri MDB ölkələrinin Parlamentlərarası Assambleyasının nümayəndələri, Belarus və RF İttifaqı Parlament Məclisinin, Rusiya Dövlət Dumasının və Federasiya Şurasının, habelə MDB ölkələrinin parlamentlərinin deputatları müşahidə edəcəklər.
Müşahidəçilərin işini missiyanın faktiki olaraq fəaliyyətə başlayan qərargahı əlaqələndirəcək.
Uzunmüddətli müşahidəçilər artıq gələn həftənin əvvəlində ölkənin bütün vilayətlərinə gedərək, ərazi seçki komissiyalarının təşkilinin nəticələri, prezidentliyə namizədləri dəstəkləmək üçün təşəbbüs qruplarının topladıqları imzaların yoxlanılmasının gedişatı ilə tanış olacaq, rayon və şəhər icraiyyə komitələrinin BR prezidenti seçkilərinə dair məntəqə seçki komissiyalarının təşkili məsələlərinə həsr olunmuş iclaslarında iştirak edəcəklər.
Görüş başa çatdıqdan sonra S.Lebedev Belarus Prezidenti seçkilərində MDB-dən olan müşahidəçilər missiyasının fəaliyyətinin başlandığını bəyan edib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”
18.09.2019
Macarıstanda Türk Konseyinin Avropa Qərargahı açılır
18.09.2019
Ermənistan hakimiyyətində istefa dalğası gözlənilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info