Ermənistan-İran dəmir yolunun tikintisində Rusiyanın mövqeyini nəzərə almayacaq
Tarix: 19.08.2015 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


“Ola bilər ki, İran-Ermənistan dəmir yolu xəttinin inşası qonşularımızın maraqlarına cavab verməsin, lakin biz onu inşa etməliyik”.
“News.am”ın verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Ovik Abramyan dəmir yolu xəttinin inşasının perspektivləri və Rusiyanın bununla bağlı mövqeyi ilə əlaqədar sualı cavablandırarkən deyib. O bildirib ki, Ermənistan və Rusiya strateji müttəfiq və Avrasiya İqtisadi İttifaqının üzvləridir: “Lakin bizim də öz maraqlarımız, xalqımızın, vətənimizin maraqları var. Bu məsələni onlarla tərəfdaş kimi müzakirə etməyə hazıram”.
O. Abramyan ölkəsinin gələcəyi üçün İran-Ermənistan dəmir yolu xəttinin çox vacib strateji əhəmiyyətə malik olduğunu vurğulayıb: “Kiminsə inciməsindən və ya kiminsə maraqlarına uyğun olub-olmamasından asılı olmayaraq, biz bunu edəcəyik. Fakt odur ki, dəmir yolu tikintisinin uğurla bitməsi iqtisadiyyatımızın güclənməsinə və biznesin inkişafına təkan verəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info