“İcra hakimiyyətlərində övladlığa götürmə ilə məşğul olan şəxslər ixtisaslaşmalıdır”
Tarix: 19.08.2015 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


“2006-2015-ci illəri əhatə edən “Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı”nda ailələrə verilən uşaqların sayının artması, dövlət uşaq müəssisələrində olan uşaqların və belə müəssisələrin, eləcə də dövlət uşaq müəssisələrinə yerləşdirilən uşaqların sayının azalması qarşıya məqsəd qoyulmuşdu. Amma təəssüf ki, biz bu gün Dövlət Proqramında qarşıya qoyulan məqsədə çatmamışıq”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. O, bildirib ki, övladlığa götürmə ilə bağlı yaranan problemlər Azərbaycanın demoqrafik vəziyyətinə mənfi təsir göstərir: “Azərbaycan dövləti bu gün valideyn himayəsindən məhrum uşaqlara öz qayğısını göstərir və bu işi davam etdirəcək. Ancaq bütün dünyada uşağın ailədə böyüməsi daha müsbət qəbul olunur. Digər tərəfdən Azərbaycanda övladlığa götürmə sahəsində yaradılan süni problemlərin birbaşa demoqrafik vəziyyətə təsiri var. Düzdür, Avropa ölkələrində olduğu kimi bizdə bu sahədə böhran yaşanmır, əhalinin sayında artım var. Lakin uşağın ailə mühitində böyüməsi gələcəkdə onun özünün ailəyə münasibətində müsbət təsirini göstərəcək. Ailədə böyüyən uşaq gələcəkdə həm fiziki, həm də psixoloji sağlam olacaq. Bu da öz növbəsində cəmiyyətin xeyrinədir”. Şöbə müdirinin sözlərinə görə, hazırda uşaq övladlığa götürmək istəyən ailələrin sayı çox olsa da, onlar problemlə üzləşirlər: “Bütün dünyada olduğu kimi Azərbaycanda da övladlığa götürmə faktı məhkəmə qərarı ilə təsdiq edilir. Biz postsovet ölkəsi, həm də kontinental hüquqi sistemə aid olduğumuza görə övladlığa götürmə ilə bağlı qərar verərkən yerli qurumların rəyi əsas götürülür. Bir qayda olaraq daxili övladlığa götürmədə yerli icra hakimiyyəti orqanlarının, ölkələrarası övladlığa götürmədə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsas götürülür. Ailələr yerli icra hakimiyyətlərinə müraciət edirlər. Lazım olan sənədləri yığandan sonra rəyin verilməsi gecikdirilir. Bu süni bürokratik əngəllərin qarşısının alınması məqsədilə təkmilləşdirmə işləri davam etdirilməlidir. Bu gün yerli icra hakimiyyətində övladlığa götürmə işi ilə məşğul olan insanlar 6-7 vəzifəni bir yerdə icra edirlər. Ona görə də yerli icra hakimiyyətlərində çalışan insanlar yalnız övladlığa götürmə məsələsi ilə məşğul olmayacaqsa, problem qalmaqda davam edəcək. Onu da qeyd edim ki, süni əngəllərə baxmayaraq, hər il ölkədə 800-900 övladlığa götürmə faktı qeydə alınır ki, bu da özlüyündə müsbət məqamdır”.
E. Səfərov qeyd edib ki, bu sahədə yaranmış problemi həll etmək üçün qanunvericilik sahəsində islahatlar aparılmalıdır: “Eyni zamanda, yerli icra hakimiyyətlərində övladlığa götürmə ilə məşğul olan şəxslər bu sahə üzrə ixtisaslaşmalıdır. Həm də bu işdə uşaq hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşan xüsusi vəkillər olmalıdırlar ki, onlar ancaq bu fəaliyyətlə məşğul olsun. Problemdən çıxış yolu kimi, övladlığa götürmə işini bələdiyyələrə də həvalə etmək olar. Məsələn, Türkiyədə bu işlə bələdiyyələr məşğul olur”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info