“The Economist”: “Bakı son 5 ildə həyat səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəldiyi 10 şəhərdən biridir”
Tarix: 19.08.2015 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


“The Economist” nəşrinin tədqiqat bölməsinin hesabatına əsasən, Avstraliyanın Melburn şəhəri II dəfə ən yüksək həyat səviyyəsinə malik şəhər adlandırılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, Melburn 2010-cu ildə birinci pilləni tutub. İkinci pillədə Vyana (Avstriya), üçüncüdə Vankuver (Kanada) yerləşib. İlk onluqda Avstraliyanın 4 şəhəri (Melburn, Sidney, Adelaida, Pert), Kanadanın 3 şəhəri (Vankuver, Toronto, Kalqari), həmçinin Avstriya, Finlandiya və Yeni Zelandiya ölkələrinin paytaxt şəhərləri yer alıb.
“The Economist” nəşri, həmçinin 2010-cu ildən etibarən həyat səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəldiyi 10 şəhərin adını açıqlayıb: Harare (Zimbabve), Katmandu (Nepal), Dubay (BƏƏ), Varşava (Polşa), Əl-Küveyt (Küveyt), Qonolulu (ABŞ), Pekin (Çin), Bratislava (Slovakiya), Bakı (Azərbaycan), Nayrobi (Keniya). Analitiklər ən yüksək həyat səviyyəsinə malik şəhərlərdən başqa, 5 il ərzində həyat səviyyəsinin ən çox aşağı düşdüyü şəhərlərin adını açıqlayıb. Dəməşq (Suriya), Kiyev (Ukrayna) və Tripoli (Liviya) şəhərlərində həyat səviyyəsi çox aşağı düşüb.
Hesabata əsasən, mülki iğtişaşlar, (məsələn, Honkonq və ABŞ-da), terrorizm (məsələn, Yaxın Şərqdə "İslam dövləti" və ya Afrikada "Boko-Xaram") və ya lokal münaqişələr (məsələn, Ukraynanın cənub-şərqində) səbəbindən həyat səviyyəsi aşağı düşüb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info