Aqrar Universitetin əməkdaşlarının məqalələri nüfuzlu jurnallarda
Tarix: 19.08.2015 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Ali təhsil müəssisəsinin işgüzar nüfuzunu müəyyən edən göstəricilərdən biri də yüksək indeksli jurnallarda nəşr olunun elmi əsərlərin sayıdır. Bunu nəzərə alaraq, Azərbaycan Dövlət Aqrar Universitetində professor-müəllim heyətinin, doktorantların və magistrantların elmi fəaliyyətinin stimullaşdırılması, dərsliklərin, dərs vəsaitlərinin, habelə nüfuzlu beynəlxalq jurnallarda məqalələrin nəşr olunmasına dəstək diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Bu məqsədlə universitetin büdcədənkənar vəsaiti hesabına müəlliflərə mükafatlar verilir, “İlin dərsliyi”, “İlin məqaləsi” nominasiyaları üzrə qaliblər müəyyən olunur. Bu kimi tədbirlərin nəticəsidir ki, universitet əməkdaşlarının yüksək indeksli beynəlxalq jurnallarda nəşr olunan məqalələrinin sayı artır. Buna misal olaraq, 23-30 mart 2015-ci il tarixdə Londonda “Elm və cəmiyyət” mövzusunda keçirilmiş 7-ci beynəlxalq elmi praktik konfransda universitetin elmi işlər üzrə prorektoru, aqrar elmlər üzrə elmlər doktoru Nizami Seyidəliyevin müəllifliyi ilə “Gübrə normalarının, suvarmaların, bitki sıxlığının məhsuldarlığa və lifin texnoloji göstəricilərinə təsiri” adlı məqalənin nəşr olunmasını göstərmək olar. Məqalədə müəllif tərəfindən aparılmış elmi araşdırmaların, qoyulmuş təcrübənin nəticələri müqayisəli şəkildə təhlil olunur, səmərələşdirici təkliflər verilir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info