Azərbaycan Cənubi Qafqazın ən sabit dövlətidir
Tarix: 19.08.2015 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Cənubi Qafqazın ən sabit dövləti olduğu halda, Ermənistan region ölkələri arasında ən çox sayda siyasi risklərlə üzləşən ölkədir. Trend xəbər verir ki, bu barədə Rusiyanın “Minchenko Consulting” kommunikasiya holdinqinin “Zaqafqaziya regionunda siyasi risklərin qiymətləndirilməsi” məruzəsində deyilir.
Məruzə müəllifləri Azərbaycanı regionun ən sabit dövləti adlandırıb: “Region ölkələri arasında risklərin ən aşağı səviyyəsi Azərbaycan üçün xarakterikdir. Məhz Azərbaycan Zaqafqaziyanın ən güclü iqtisadiyyatı olan dövlət olmaqla xarici investorları cəlb etməklə yanaşı, siyasi cəhətdən də sabit ölkədir. Uzun əsrlərdir davam edən xarici siyasəti – ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə, İran, İsrail və ərəb ölkələrinin maraqları arasında tarazlığı qorumaq qabiliyyəti Bakının ən böyük “kozırı”dır”.
Məruzədə qeyd edilir ki, Azərbaycanda mövcud hakimiyyətin mövqeyi möhkəm görünür, ciddi daxili siyasi rəqabət ilə qarşılaşmır və risklərə daha davamlıdır.
Məruzədə bildirilir ki, bələdiyyə seçkiləri zamanı (2014-cü il dekabr) hakim “Yeni Azərbaycan” partiyasının ödənişsiz efir müddətindən imtina etməsi çox diqqətəlayiq haldır.
“Minchenko Consulting” holdinqinin araşdırmasında qeyd edilir ki, ən böyük risklər 2015-ci il iyun ayında kütləvi etiraz aksiyaları ilə üzləşən Ermənistandadır: “Tarif problemi əhəmiyyətli risklərlə dolub daşan ümumi daxili və xarici siyasi kontekstin yalnız bir hissəsidir”.
Məruzədə qeyd olunur ki, Yerevanın Moskvadan aldığı təhlükəsizlik zəmanəti və iqtisadi dəstək bir tərəfdən, status-kvonu təmin etsə də, digər tərəfdən ölkənin rusiyalı biznes nəhənglərindən asılılığını artırır: “Onların Ermənistanın hakim strukturları ilə sıx əlaqəsi, öz növbəsində, prezidentin və hökumətin siyasəti ilə bağlı narazılığın eyniləşdirilməsi ilə nəticələnə bilər”.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info