Babək rayonunda dövlət qulluqçuları üçün seminar keçirilib
Tarix: 19.08.2015 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Babək rayonunda dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsinə nəzarətin artırılması, dövlət orqanlarında sənədlərlə işin təşkili vəziyyəti və dövlət qulluqçularının reyestrinin aparılması ilə bağlı maarifləndirici seminar keçirib.
Seminarı giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Əbdülhüseyn Zamanov açaraq etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı son bir il ərzində həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Etibar Musayev çıxış edərək bildirib ki, dövlət qulluqçuları şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludurlar. Onlar bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdırlar. Dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə dövlət orqanlarına inamı artırmalı və möhkəmləndirməli, dövlət qulluğu vəzifələrinin icrası ilə bir araya sığmayan, onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
Bildirilib ki, dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. O özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrini yerinə yetirməsinə təsir etməsinə şərait yaratmamalı, vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
Komissiyanın sektor müdiri Arzuman İmanov dövlət orqanlarında sənədlərlə işin təşkili, dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları barədə məlumat verib. O, həmçinin dövlət qulluqçuları reyestrinin aparılması ilə bağlı dövlət orqanları tərəfindən komissiyaya göndərilən sənədlərdə daha çox rast gəlinən nöqsanlar və onların aradan qaldırılması yolları haqqında danışıb.
Seminarda rayon icra hakimiyyəti aparatında, mərkəzi icra hakimiyyəti orqanlarının Babək rayonunda fəaliyyət göstərən qurumlarında və rayon məhkəməsində qulluq keçən dövlət qulluqçuları iştirak ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info