Evsizləri mənzillə necə təmin etmək olar?
Tarix: 19.08.2015 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Azərbaycanda sosial mənzillərin tikilməsi ilə bağlı məsələ Milli Məclisin payız sessiyasında gündəmə gətiriləcək. Bunu “Trend”ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, sosial mənzillərin tikilməsi və güzəştli şərtlərlə insanlara verilməsi ilə bağlı ya bir qanun qəbul edilməli, ya da bu məsələ aktuallaşdırılaraq Nazirlər Kabinetinin nəzərinə çatdırılmalıdlr:
“Hər il Azərbaycanda 80-85 min arası insan evlənir və onların çoxunun yeni mənzillərə ehtiyacı var. Düzdür, ipoteka, o cümlədən sosial ipoteka kreditləri verilir, amma bunlar kifayət etmir, hər kəsin əmək haqqı ipoteka ilə mənzil almağa imkan vermir. Mənzil problemini həll etmək üçün dünya dövlətlərinin sosial evlərin tikilməsi və uzun müddətə insanlara verilməsi sahəsində çox gözəl modeli var. Hesab edirəm ki, onu Azərbaycana tətbiq etmək olar”.
M.Quliyev bildirib ki, təcrübəyə əsasən, sosial mənzillər kirayə müqaviləsi bağlanmaqla insanlara verilir, amma o, vətəndaşın öz evidir:
“Tutaq ki, 20-25 il ərzində ayda 200-250 manat verməklə bunu həyata keçirmək olar. Sosial mənzillərin tikilməsi üçün müvafiq bir fond da yaratmaq olar. İşçi ilə işəgötürən hərəsi ora müəyyən faiz vəsait də toplaya bilər və yaxud da ki, dövlət özü bunun üçün müəyyən vəsait ayıra bilər”.
M.Quliyev hesab edir ki, bu modellə mənzil problemini səmərəli şəkildə həll etmək olar: “Belə təcrübə bir çox dünya dövlətlərində tətbiq olunub və çox gözəl nəticə verib. Düşünürəm ki, Azərbaycan da bu təcrübədən istifadə etməlidir. Parlamentin payız sessiyasında bu məsələni qaldırmaq niyyətindəyəm”.
Qeyd edək ki, M.Quliyev sosial mənzillərin tikilməsi ilə bağlı təkliflər irəli sürüb, lakin məsələ hələ Milli Məclisdə gündəliyə gətirilməyib.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info