Almaniya Yunanıstanın “xilası” üçün onun hava limanlarını alır
Tarix: 19.08.2015 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


İndi də populyar turizm destinasiyalarını özündə ehtiva edən hava limanları almanların əlinə keçir

Yunanıstan alman şirkəti “Fraport AG”a 14 regional hava limanını işlətmək hüququ verib. Bu barədə “The Guardian” yazır. Qeyd edilir ki, bu razılaşma Yunanıstan hökumətinin uzun müddət müqavimət göstərdiyi, sonda razılaşmalı olduğu məsələdir. Belə ki, hökumət yardım istiqrazları ilə bağlı bu məsələyə getməli olub.
Sözügedən qərar dövlət mətbuatında Bazar ertəsi axşam dərc olunub və bir neçə populyar turizm destinasiyalarını özündə ehtiva edən hava limanlarının almanların “Fraport AG” şirkətinə verilməsini nəzərdə tutur.
1.23 milyard avroluq bu qərar yanvarda seçilmiş baş nazir Alexis Tsipras hökuməti tərəfindən birinci özəlləşdirmə qərarıdır. Alexis Tsipras hökuməti vəd edir ki, Yunanıstan iqtisadiyyatı ilə bağlı əvvəlki islahat şərtlərini ləğv edəcək. Hökumət təşəbbüskaranə şəkildə vəd vertmişdi ki, ölkənin özəlləşdirmə proqramını ləğv edəcək, amma Tsipras Yunanıstan üçün 86 milyard dollarlıq üçüncü xilasetmə kanpaniyasına təslim oldu. Bununla bağlı olaraq qeyd edilir ki, Yunanıstan, istiqrazların xilas edilməməsi şəraitində borcdan defolt olacaqdı və avrozonadan çıxmağa məcbur ediləcəkdi.

Ekspertlərin fikrincə, Yunanıstanın hazırkı formada və şərtlər çərçivəsində AB daxilində “xilası” əsasən almanların mövqe və maraqları nəzərə alınmaqla həyata keçirilir. Bu isə birinci növbədə, alman sahibkarlarının və şirkətlərinin dividentlər qazanması və Yunanıstanın turizm mərkəzlərinin, hava xətlərinin almanların nəzarətinə keçməsi ilə nəticələnmiş olacaq.

Ayrıca olaraq, hökumət ilk dəfə olaraq, özünün bank sövdələşmələrinin məhdudlaşdırılması məsələsində azacıq səngiyib və təxminən iki ay müddətində kiçik məbləğdə pulların xaricə göndərilməsinə icazə verilib.
Həmçinin maliyyə nazirliyinin düzəlişləri də hökumət qəzetində çap edilib. Bu düzəlişlər yunanlara adambaşına ayda 500 avronu xaricə göndərməyə imkan verir. Düzəlişlər həm də hər rübdə 8 000 avronu xaricdə oxuyan tələbəyə təhsil və yaşamaq xərclərini qarşılamaq üçün icazə verilməsini ehtiva edir.
Yunanlar indi həm də gerigötürmə haqlarına malik olmayan yeni bank akkountları aça bilərlər ki, bununla istiqrazları, sosial təhlükəsizlik ianələrini və ya vergi borclarını ödəmək mümkün olsun.
Qeyd edilir ki, hökumət bank sövdələşmələrini ötən iyunun sonunda məhdudlaşdırmışdı. Məqsəd bankdan yayınmaların qarşısını almaq idi.
Əlavə edək ki, Yunanıstan hələ, 2008-ci il böhranından başlayaraq, sosial-iqtisadi çətinliklər burulğanına düşəndə, ona qarşı ən sərt mövqe tutan ölkə Almaniya olub. Belə ki, Yunanıstanın Avropa Birliyi çərçivəsində “xilası” üçün onun “amputasiya” olunmasını vacib sayan Almaniya, bu ölkədən böhrandan qaçmaq üçün öz adalarını satmasını təklif etmişdi. İndiyə qədər Yunanıstana qarşı sərt ölçülər götürülməsi mövqeyini inkişaf etdirən Almaniya, sonda sözügedən çərçivədə bu Cənubi Avropa ölkəsini təsir altına almaqdadır. Ekspertlərin fikrincə, Yunanıstanın hazırkı formada və şərtlər çərçivəsində AB daxilində “xilası” əsasən almanların mövqe və maraqları nəzərə alınmaqla həyata keçirilir. Bu isə birinci növbədə, alman sahibkarlarının və şirkətlərinin dividentlər qazanması və Yunanıstanın turizm mərkəzlərinin, hava xətlərinin almanların nəzarətinə keçməsi ilə nəticələnmiş olacaq.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info