Naxçıvanlı sahibkarlar üçün təkmilləşdirmə kursları
Tarix: 19.08.2015 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən sahibkarlar üçün təkmilləşdirmə kurslarına başlanılıb. Bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə çıxış edərək, beş gün davam edəcək kurslarda “Əmək münasibətlərinin rəsmiləşdirilməsi və əməyin mühafizəsi, işçilərin pensiya hüquqlarının qorunması”, “Vergi ödənişlərinin istifadə qaydaları və edilmiş dəyişikliklər haqqında”, “Gömrük rəsmiləşdirilməsi və yeni gömrük qanunvericiliyinin tətbiqi haqqında”, “Qida təhlükəsizliyi günün aktual məsələlərindəndir” və “İstehlakçıların hüquqlarının qorunması” mövzularında seminarların keçiriləcəyini bildirib. Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sektor müdiri Azər Cəfərov bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə Naxçıvan Biznes Mərkəzinin imkanlarından istifadə edilməsi yönündə verilmiş tapşırıqların icrası baxımından keçirilən kursların əhəmiyyətindən danışıb. Qeyd olunub ki, aktual mövzulara həsr olunan seminarlar sahibkarların maarifləndirilməsi, onlara beynəlxalq təcrübənin öyrədilməsi məqsədi daşıyır. Sonra Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Ruslan Ələkbərov və Bəxtiyar Həsənovun təqdimatında “Əmək münasibətlərinin rəsmiləşdirilməsi və əməyin mühafizəsi, işçilərin pensiya hüquqlarının qorunması”, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin nümayəndəsi İsmayıl Bağırovun təqdimatında isə “Vergi ödənişlərinin istifadə qaydaları və edilmiş dəyişikliklər haqqında” mövzularında seminar keçirilib. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info