Gənc güləşçilərimiz Vətənə dönüb
Tarix: 19.08.2015 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


Braziliyanın Salvador şəhərində gənclər arasında Dünya Çempionatında qızıl medalların sayına görə birincilik qazanmış sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvləri dünən Vətənə dönüblər.
Yarışa böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında yollanan sərbəst güləşçilərimiz Dünya Çempionatını 4 qızıl və 1 bürünc medalla başa vuraraq idman tariximizə yeni parlaq səhifə yazıblar. Güləşçilərimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançıların yaxınları və media təmsilçiləri qarşılayıblar. Gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov yarışlar barədə danışaraq bildirib ki, böyük ümidlərlə yollandıqları çempionatda yüksək nəticələr qazanıblar. “İlk dəfə idi ki, gənclərdən ibarət yığma komandada baş məşqçi kimi Dünya Çempionatına qatılırdım. Dünya Çempionatında yarışlar gərgin mübarizə şəraitində keçdi. Çempionatda 59 dövlət iştirak edirdi. Buna baxmayaraq güləşçilərimiz əzmlə mübarizə apardılar. Onlar, demək olar ki, bütün çəki dərəcələrində medal qazanmağa müvəffəq oldular”-deyə böyük məşqçisi məlumat verib. Qələbə münasibətilə hamını təbrik edən Ə.Novruzov qazanılan nəticələrin gələcəyə ümidlə baxmağa əsas verdiyini vurğulayıb. Qeyd olunub ki, Xaçmazda təlim-məşq toplanışları keçən idmançılarımız Dünya Çempionatına yaxşı hazırlaşıblar. Yüksək nəticələr dövlət başçısının ölkəmizdə idmana və idmançılara göstərdiyi diqqət və qayğı sayəsində əldə edilib. Ən çətin qarşılaşmaların Rusiya və iranlı idmançılarla olduğunu söyləyən güləşçilərimiz yığmada dörd nəfərin birincilik qazandığını və qələbənin əldə edilməsində məşqçilər korpusunun əməyini yüksək qiymətləndiriblər. Qeyd edək ki, qızıl medalları ölkəmizə Mahir Əmiraslanov (50 kq), Teymur Məmmədov (66 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) gətiriblər. Arif Hüseynov (50 kq) isə bürünc medala sahib olub. Komanda hesabında 58 xal toplayan Azərbaycan yığması çempionatı ikinci sırada başa vurub. İranlı sərbəst güləşçilər 62 xalla birinci, Rusiya yığması isə 49 xalla üçüncü yerdə qərarlaşıblar.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info